Xəbərlər

Soylu Atalı. Altıncı kalon

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarım!
 Bizi bilən bilir, – biz irqçi, ayrımçı, bölücü (seperat) düşüncələrə, davranışlara, əməllərə qarşıyıq. Ancaq elə məsələlər var, onları yazmaq, ya da dilə gətirmək heç də irqçi, ayrımçı, bölücü anlamına gəlməz. Hər şeyi adı ilə demək yanlış sayılmasın gərək. Söz yox, indi deyəcəyim məsələ ilə bağlı mən bir türk olaraq, bir insan, genel anlamda bir bəşər övladı olaraq, düşüncələrimi ortaya gətirirəm. Yəni təkcə bir millətin durumuna, çıxarlarına yönəlik irqçi düşüncə sərgiləmirəm. Bu üzdən də yanaşmamı özüm bir həqiqət kimi qəbul edirəm. Nədir rahatsızlığım, giriş verdiyim qonu yön olaraq nəyi bildirir?! – Onu da bəri başdan deyim ki, burada mən heç də yeni bir Amerika-filan kəşf eləmirəm. Bütün dünyada qabaqcıl düşünən yazarların, bilim adamlarının baxışları da, dediyim məsələ ilə bağlı geniş yayılmışdır. Sadəcə mən öz vətənimin, millətimin gələcəyi ilə bağlı rahatsızlıqlar duyduğuma görə yazıb paylaşmağı özümə borc bilirəm. Məsələ bu gün bölgədə, eləcə də dünyada “yəhudi diplomatiyası”nın yaratdığı antiinsani sürəclərlə, görsənişlərlə bağlıdır. Son yüzildə bu millətin bəşəriyyət üçün hazırladığı fəlakətlər gündən-günə bütün aydınlığı, çılpaqlığı ilə özünü göstərməkdə, sübut olunmaqdadır. Bütün qırğınlar, savaşlar, xəstəliklər, bölüb parçalamalar, dəyərlərin sıradan çıxarılması, qanlı düşmənçiliklərin ard-arda düzülməsi bu millətin başının altından çıxır. Bu millətin dövlətinin davranışları İnsanlığın gələcəyi üçün ən böyük qorxudur (təhdiddir).
Bizim düşüncəmiz millətlərə qarşı deyil. Çünkü millətlərin yolunu azması daha çox dövlətlərinin başında duran tiranların, azğınların davranışlarına bağlı olur. Ancaq bir yəhudilər, bir də ermənilər haqqında bunu demək olduqda çətindir. Bu iki millət, çoxluq olaraq, aparıcıları, yönəticiləri ilə eyni düşüncədə olurlar. Bəlkə buna görədir ki, Hitler yəhudiləri Almaniyadan qovub. Mən Hitleri sevmirəm, savaşcıl xarakterini də alqışlamıram. Ancaq görünən odur ki, Hitler Almaniyanın gələcəyini böyük fəlakətlərdən qorumaq istəyib.
Bu çağa kimi yəhudi toplumu, dövləti heç kimlə dinc, yanaşı yaşamaq istəməyib. Genişlənmək, böyük dövlət olmaq üçün hər cür oyunlara, qırğınlara gedib. Bu gün də Orta Doğunu qana qərq edib dayanmaq istəmir.
Artıq tarixi faktlar üzə çıxarılıb. Çoxlarımız bilirik ki, yəhudi soylu zəngin iş adamları aşama-aşama fələstinlilərdən baha qiymətlərə torpaqlar almış, bu torpaqlarda Tel-əviv şəhərini salaraq addım-addım öz dövlətlərini yaratmışlar. Osmanlı sultanı Əbdülhəmidin hər cür çabalarla bu prosesə qarşı durmasına baxmayaraq, yəhudilər Fələstində dövlətlərini qurdular, orada yaşayan türkləri də qovdular. 623 il mövcudluğunu sürdürmüş Osmanlı imperatorluğunun çökmə nədənlərindən biri də zəngin yəhudilərin Əbdülhəmidə qarşı, müxalifəti ayaqlandıraraq, hakimiyyətin içərisində qarşıdurmaları genişləndirmələri oldu. (Biz, qonu fərqli olduğuna görə, bu yazıda Osmanlının çökmə nədənlərinin daha qapsamlı faktlarını yazmaq istəmirik).
 Bu gün də başlıca çabalarından biri Azərbaycan yönətiminin dərinliklərinə yeriməkdir. Bir sıra İsrailsevər kadrları baxanlıqlara yerləşdiriblər. Azərbaycan toplumu onların çoxlarının nə adını bilir, nə də bioqrafiyalarını. Onların araçılığı ilə sosial şəbəkələrdə təbliğatlar quruldu, az qala İsraili ikinci Azərbaycan dövləti adlandıracaqdılar. İşin fərqinə varmayan bir sıra soydaşlarımız da bu təbliğatların etkilərinə uğrayıb millətsevər kəsimə qarşı təbliğat savaşı açdılar. Arqumentləri də təbliğatın doğurduğu zahiri effektlərdən başqa bir şey olmadı: “İkinci Qarabağ savaşında İsrail yanımızda oldu”, “Fələstinin başçıları Azərbaycana qarşı erməniləri dəstəklədilər”, “ərəblər bizi arxadan vurublar”,  “İran-molla rejimindən İsrail daha yaxşıdır”… Bunların hamısı gündəmə buraxılmış aldadıcı təbliğatlardır.
 Toplumumuzun aparıcı kəsiminin çoxu ya ələ alınırlar, ya da yaddaşsızlıq sorunu yaşayırlar. Sovetlərin dağılması dönəmində Amerika bölgələrə ideoloji girişdən öncə üzdə saya görünən təbliğatlarla gəlirdi: geyim dəbləri, siqaret növləri (parlament, prezident…) bunların arxasında “millətçilik” duyğularını qızışdıran təbliğatlar i.a. Sonra ideolojini işə saldı – demokratiya, insan haqları, seçki humanizmi… İsrailin Azərbaycanda sərbəst çabaları üçün ilkin təbliğatlar da İsrail dövlətinin Xəzər türklərinə bağlı olması ilə başladı. Aşkenazların xəzərilər olması-filan. Bilmək gərəkir, yəhudilərin aşağıdan yuxarı, yuxarıdan aşağı türklərə heç bir bağlılığı yoxdur. Münasibətlərə gəlincə, yəhudi toplumu İnsanlığa, Dünyaya baxışını tamam dəyişməlidir. Bu xalq sərmayəçidir, faydaçılıqdan başqa heç bir humanizmi yoxdur. Böyük anlamda xeyir, həqiqət, ədalət onun siyasi, dövləti çıxarından başqa bir şey deyil. Bunu görən, anlayan insanlar isə onların milli düşmənləridir, antisionistlərdir.
Bu toplumun inancı, yaşam ölçüsü bütünlüklə mifik özüllər üzərində qurulub. Bu mifləri onlar davamlı olaraq öz soylarının şüuruna yeridirlər. Tövrat açıq şəkildə başqa toplumları məhv etməklə onların torpaqlarını ələ keçirməyi öyrədir. Onların siyasi tarixini, keçmişini araşdırıb öyrənən istənilən adam bu tarixdə dağıdıcılıqdan, düşmənçilikdən başqa ciddi bir uğur tapa bilməyəcəkdir. (Məsələ onda deyil ki, indiki İsrail dövlətinin tarixi 1948-ci ildən başlayır).
Onların heç kimlə dinc, yanaşı yaşamaq prinsipləri bəlli deyil. Bu gün dünyanı çalxalayan “Böyük Orta Doğu projesi”, dediyimiz kimi, bütünlüklə onların niyyətlərindən qaynaqlanır, – qonşularının torpaqlarını ələ keçirməklə genişlənmək. Əminliklə demək olar, onların bu planları uğurla başa çatarsa bölgədə nə Türkiyə dövləti qalacaq, nə də Azərbaycan dövləti.
Biz dünyanı yəhudilərə qarşı düşmənçiliyə çağırmırıq. Onların mənfur planlarını anlamağa, bu planlara ortam olmamağa çağırırıq. Biz millətimizin, dövlətimizin gələcəyinin qorxunc bir durumla üz-üzə olduğunu uyarırıq. Bizə nə İranın mollaçılıq şüuru, nə də İsrailin fəlakətli dostluğu xeyir gətirməz. Bizə, bəşəri humanizmə dayanan Türk Birliyi gərəkdir. O da bu Birliyi oyuna çevrilənlərin ixtiyarında olmamalıdır…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

05 Ata Ayı, 47-ci il.

(sentyabr, 2025).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir