Xəbərlər

Qutsal “Yeni il” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 48-ci ili

Qutsal “Yeni il” Törəninin
Gediş Yazısı

Yer: İnam Evi (Qobu q.);
Günsıra: 1 Günəş Ayı;
Başlanır: 13:00

İnam Evi Ocaq ruhuna uyğun hazırlanır. Törənin hazırlıq işlərinə Nurtəkin, Göytəkin Atalılar sorumludur. 6 ideyanın rəmzi olaraq 6 şam yandırılır.

Hamı: “Yeni il – Yenilənən ruhsal başlanğıc!” deyir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – İnamlı, “Ataya Günorta Ricası”nı – Günev,  

“Ruh Üstə” içsözünü Nurtəkin Atalılar söyləyirlər.

Ocaq Yükümlüsünün Törənə açılış sözü dinlənilir.

Törən qonuları:

  • 47-ci ildə uğurlarım, fərəhlərim.
  • Yeni ildə diləklərim, önərilərim.
  • 47-ci ilin əməl hesabatı.

Törənə Ruhsal bağışlanmalar sunulur.

Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara sunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.

Gün’ün Carı

Yeni il – Yenilənən ruhsal başlanğıc!

Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
23 Köçəri Ayı, 47-ci il, Atakənd.

Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

23 Köçəri Ayı, 47-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir