Xəbərlər

Qutsal “Şərqilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 47-ci ili
Qutsal “Şərqilik” Bayramının Gediş Yazısı

Gün: 12 Ata Ayı;
Başlanır: 15:00.

  • Bayramın hazırlıq işlərinə Nurtəkin, Göytəkin Atalılar sorumludur.
  • “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə Bayram törəni başlayır.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin, “Ataya Günorta Ricası”nı – Günev Atalılar deyir.

Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.

 Bayram qonuları:

  • Doğunu qutsallaşdıran dəyərlərin yaşadılması, sabaha ötürülməsi yolu.
  • Doğusal dəyərləri yaşatmağın İnsanlığın gəlişməsinə etkisi.

 “Şərqilik Şərqisi”ni Soylu Atalı, “Şərqilik Bayramı üstə Mütləqlə Təması” – Günev Atalı deyir.

Ocaq Yükümlüsü Ata sözünü çatdırır: “Şərqləşin – Şərqləşdirin!”

Hamı: “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm!” – deyir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsiylə Bayram sona çatır.

Günün Carı:

Ata İnamı – Özgəçilik əsarətindən qurtulmaq – Özümləşmək!

          Gediş yazısını yazdı: Göytəkin Atalı.
         5 Ata Ayı, 47-ci il. Atakənd.

Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
5 Ata Ayı, 47-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir