Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 47-ci ili
Qutsal “İnam Evi Günü” Törəninin
Gediş yazısı
Yer: İnam Evi
Gün: 13 Yağış Ayı, Mərhəm Günü;
Başlanır: 14:00
Təşkilatca sorumlu Nurtəkin Atalıdır. 6 ideyanın simgəsi olaraq 6 şam yandırılır.
Hamı: “İnam Evi – Ruhumuzun yenilənmə ünvanı!” deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – İnamlı Atalılar deyir.
“Çağırış” içsəsini Soylu Atalı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törənə sözü dinlənilir.
Törən qonuları:
- Qutsal ünvanlar insanın mənəvi dünyasını necə etkiləyir?
- İnam Evi – Ruhsal böyüdüyüm, böyütdüyüm məkan.
Törəndə ruhsal bağışlanmalar sunulur.
“Ata Ruhu Ürəyimizdədir!”, “Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.
Carlar:
İnam Evi – Ruhumuzun yenilənmə ünvanı!
Gediş yazısını yazdı: Nurtəkin Atalı.
06 Yağış Ayı, 47-ci il. Atakənd.
Qəbul olunur!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
06 Yağış Ayı, 47-ci il. Atakənd.




