Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 47-ci ili
Qutsal “Bəşərilik” Bayramının
Gediş yazısı
Gün: 12 Sərt Ayı, Qismət Günü;
Başlanır: 14:00
Bayramın hazırlıq işlərinə təşkilatca sorumlu Günev, Nurtəkin Atalılardır.
6 ideyanın simgəsi olaraq 6 şam yandırılır.
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göytəkin, “Ataya Günorta Ricası”nı – İnamlı Atalılar deyir.
Nurtəkin Atalı “Ruh üstə” içsəsini deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama sözü dinlənilir.
Bayram qonuları:
- Bəşərilik fərdin insanlaşmasından başlayır, Xəlqilikdən keçir.
- Bəşərin öz məzmununa yetə bilməsi baş tuta bilərmi?
Bayrama ruhsal bağışlamalar sunulur.
“Bəşərilik” Şərqisini Göytəkin Atalı, “Bəşərilik Bayramı üstə Mütləqlə Təması” Bilən Atalı deyir.
Ocaq Yükümlüsü Ata çağırışını səsləndirir: “Bəşərləşin – Bəşərləşdirin!”
Hamı: “Bəşərə and olsun Bəşəriliyə qulluq edəcəyəm!” – deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsilə mərasimləşən Bayram sona çatır.
Günün Car’ı:
Dünyanın Qurtuluşu Bəşərin öz məzmununa yetməsindən keçir!
Gediş yazısını yazdı: Günev Atalı.
06 Sərt Ayı, 47-ci il. Atakənd.
Qəbul olunur!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
08 Sərt Ayı, 47-ci il. Saray-Soylu.




