Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.Balalarımıza güllə atılmalıydı.Qorbaçovşina inciyənlərlə barışmalıydı.Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.Mərkəz də onun dişini qırıb qarnına tökdü.Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Cəlilabadlılara atıldı.Naxçıvanlılara atıldı.Lənkəranlılara atıldı.Tətilçilərə atıldı.Gəncə adına atıldı.Xətayi adına atıldı.Balalarımızı ordunun üstünə göndərənlər […]
Soylu Atalı – 60. Yaşamaq – Özünü Dərkdədir
İnsan özündə egonu formalaşdıran keyfiyyətlərlə iç-içə olursa, bütün varlığı gün-güzarana, kefə, əyləncəyə bağlı olur. İnsan İçində ruhani keyfiyyətlərlə ünsiyyətdə olarsa, onu içdən ruhanilik formalaşdırar. Yəni insan öz içində nə ilə ünsiyyətdədirsə, nə ilə söhbət edirsə, onun varlığını ünsiyyətdə olduğu keyfiyyətlər formalaşdırır. Bunu da insanın özü bilməlidir, tanımalıdır. Özünü tanımalıdır ki, nə ilə ünsiyyətdədir, nəyə boy […]
Asif Ata. Ürəkdən gələn səs
Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığmayan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təzahür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır. Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. […]
Soylu Atalı. Dəyişmədən Yenilik olmur
…İnsan yeniliyə can atır. Ancaq bu yenilik nədir, onu necə anlayır, necə qəbul edir, – bu çox ilginc bir məsələdir. İnsan həmişə real dünyadan uzaqlaşmağa can atır, çünkü real dünya ona əzablı gəlir, çətin görünür, bəsit, adi bilinir. Bəs o, real dünyadan hansı dünyaya can atır. Bu canatma insanın gerçək yerişinə, reallığına uyğun gəlirmi?! Göyel […]
Asif Ata. Məkandan Yüksək Yaşamaq
İnsan cismən ən məhdud, kiçik məkana sığır. Ancaq fikrən, ruhən ən geniş, ən böyük məkana sığmır.Buna görə də o, məkandan yalnız cismani mənada asılı olur. İnsan ömrü boyu bir evdə, bir şəhərdə, bir yerdə yaşaya bilər. Ancaq düşüncəsiylə, arzusuyla, duyğularıyla həmin evə, həmin şəhərə, həmin yerə sığmaz. Buna görə də o, həmin evdən, şəhərdən, yerdən […]
Qutsal “Xəlqilik” Bayramında deyilmiş düşüncələr
Ocaq Günsırası ilə 13 Şölə Ayı, 47-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramı keçirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. “Xəlqilik” bayramımız qutlu olsun! Biz bu çağa qədər böyük tarixlər yaradan xalq olsaq da, daha çox at oynadan xalq olmuşuq, bunu […]







