Xəbərlər

Göytəkin Atalı. Sevdalı Ürəyin pıçıltıları (Rabindranat Taqora doğma)

*** Sevgi ilə dolu Ürək – Sevginin onda yaratdığı qanadlarla, dünyanın həşirindən çox uzaqlarda, əngin göylərdə uçar. *** İnsan nə yaşadı?! – Çapdı, taladı, öldürdü, dağıtdı. Dünyanın Mənasını, təbiətin gözəlliyini deyil, azğınlığı, eybəcərliyi səslədi içinə. Bunlar insanın ömrünü zəncirlədi, xoşbəxtliyi onun üçün əlçatmaz elədi. Ömründə xoşbəxtlik yaratmadı, dünyada xoşbəxtlik aradı, tapa bimədi. İNSAN ola bilmədi. […]

Xəbərlər

Soylu Atalı. 20 Yanvar Dərsi

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.Saxtakarlığın fatehliyinə […]

Xəbərlər

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.Balalarımıza güllə atılmalıydı.Qorbaçovşina inciyənlərlə barışmalıydı.Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.Mərkəz də onun dişini qırıb qarnına tökdü.Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Cəlilabadlılara atıldı.Naxçıvanlılara atıldı.Lənkəranlılara atıldı.Tətilçilərə atıldı.Gəncə adına atıldı.Xətayi adına atıldı.Balalarımızı ordunun üstünə göndərənlər […]

Xəbərlər

Asif Ata. Gedimli  Dünya

İşığın bəbəkdən getməsi, çiçəyin çəməndən getməsi, sevgi­nin sevdadan getməsi!İlhamın duyğudan getməsi! Ümidin ürəkdən getməsi! Hey­rə­tin gözlərdən getməsi! Mütləqin mənəviyyatdan getməsi! Eşqin hissiyyatdan getməsi! Doğmalığın səsdən getməsi!Ağacın qırılması! Çayların quruması! Gözəlliyin solması! Bədənin məzara qoyulması!Həsrət gedişi! Hiddət gedişi! Məqam, gün, ay, il gedişi! Yolların yollardan ayrılması! Biçimin məzmundan ayrılması! Övladın anadan ayrılması! Aşiqin məşuqdan ayrılması! İdrakın […]

Xəbərlər

Altşüurla bağlı sorulara cavab (Dialoq biçimində)

İnamlı Atalı: Soylu qardaşım sual vermişdi ki, Ata müstəqildirmi? – İnsan iki cür şər tanıyır: Daxili şər, ictimai şər. Bunların hər ikisindən azad olan insan azaddır. Bir də var azadlığın əksi. Bu da əsarətdir, asılılıqdır. Daxili şər deyəndə paxıllıq, şöhrətpərəstlik və başqaları bura aiddir. İctimai şər deyəndə, dövlətin təbliğat aparatı nədir, – televiziya, qəzetlər, yubiley […]