İnsan göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur.Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir.İnsanın mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir.İnsanın mövcudluğu, adi gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətlidir.Mahiyyət ruhanidir, buna görə də insan ölməzdir. İnsanın ruhani mənası əbədidir. Çünki həmin […]
Soylu Atalı. Babək Özgürlük simgəmizdir
(Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]
Babəki verən xalqın özünü balaca sayması günahdır
(Bu gün – 14 mart Böyük Babəkin öldürülməsindən 1187 il ötür) Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəminin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya […]
Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz
I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, […]
Soylu Atalı. Yolun uğurları
Günəş Ayının 1-i Mütləqə İnam Ocağının “Yeni İl” törəni, İnsanilik sivilizasiyasının “Yeni İl” tonqalı Nurtəkinin həyətində qalanıb. Bu tonqal əslində dünyanın görmədiyi bir nöqtədə, ancaq bütün dünyanın gələcəyinin anıldığı bir nöqtədə qalanır. Mən bunu bədiiyyat üçün demirəm, bunu yazmışam da: bütün dünyanın, bəşəriyyətin ürəyi bir qom adamın toplaşdığı bu tonqalın istisində döyünür. Çox sivilizasiyalar, eralar […]
Qutsal “İnsanilik” Bayramının Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 47-ci ili Qutsal “İnsanilik” BayramınınGediş Yazısı İlsıra: 15 Günəş Ayı;Çağ: 15:00. Hazırlığa sorumlu Göytəkin, Nurtəkin Atalılardır. Ocaq quralları yerinə yetirilir. Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir. Bayram Qonusu: • Amalı yaşadan ömür – İnsaniliyin təsdiqi.• Doğru istək, doğru əməl – Ömrün fərəhi. “İnsanilik Şərqisi”ni – Göytəkin, “İnsanilik […]







