Ocaq Günsırası ilə 1 Sərt Ayı, 47-ci ildə (dekabr, 2025) Asif Atanın Mütləqə İnam Ocağı Yeni İnam Evini elan elədi. Bu elan, bir dəfə olmaqla Törən düzeyində gerçəkləşdirildi.

Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edib sözünə başladı: Bu gün Ocaq üçün özəl bir gündür. Uzun çalışmalardan, zəhmətdən sonra Ocaq yeni bir ünvan əldə elədi. Bu ünvanı İnam Evi olaraq elan edirik. Sərt Ayının 1-i bundan sonra Ocaq üçün tarixi bir gün oldu. Ancaq əbədi törənləşdirməyə gərək yoxdur, özəl “İnam Evi Günü” törəni keçiririk.
Xatırlayırsınız, biz – Günev, Ağşın bəy, Nurtəkin, Ulusəs, Göylü, Elana bacı illər öncə Beyləqanda bir bəlgə imzaladıq.O bəlgəni qapalı bir qutunun içərisində İnam Evinin bünövrəsinə atdıq. Ondan başqa, hamımızın imzası ilə yazılı bir bəlgə var, Ocağın arxivində qalır. Genel olaraq, hər kəsin özünəxas Ocaq arxivi olmalıdır evdə. Bunu təmin eləməyinizi istəyirəm, – lütfən, barmaqarası baxmayın. Ocağın tarixi günləri yaddan çıxarsa açıb baxmaq gərəkdir. Məsələn, Beyləqanda həmin gün yadımızda deyil. Bu bizim qüsurumuzdur. O cür önəmli günlərin tarixi yaddaşımızda qalmalıdır. Bizdən soruşa bilərlər, biz qıraqdan soruşa bilmərik.
İndi Sərt ayının 1-i, 47-ci il Günsırasında bu ünvanı Ocaq Evi elan eləyirik. Nurtəkinin, Günevin, İnamlının, Ağşın bəyin, Soylunun, Göytəkinin, Bilənin tanıqlığı ilə.
Bununla bağlı bir Ruhsal bəlgə yazmışam:
Mütləqim, Müqəddəsim, Ulu peyğəmbərim
Asif Ataya– İnam Ataya Ali səcdəylə!
Ruhsal Bəlgə
1 Sərt Ayı, 47-ci il Günsırasında Qobu köyündə Ocağa alınan ev (ünvan) Asif Atanın Mütləqə İnam Ocağının İnam Evi adlanır.
İnam evinin başqa adı: Ocaq Evi, Amal Evi, Ata Evi, Ruhaniyyat Evi (Türk ulusunun bəşəri anlamda Ruhaniyyat Evi), əski dildə məbəd – İnam Məbədi, Ocaq Məbədi, Ata Məbədi, Türkün Ruhaniyyat Məbədi kimi də qəbul olunur. Yəni başqa adlarla bunun alternativi yoxdur, olmayacaqdır.
İnam evi biranlamlı olaraq Asif Atanın Ocağına özgündür.
Bugün, ya sabah ünvan, bəlgədə (sənəddə) kimin adına olmasından asılı olmayaraq, mənimsənilə, məişət evinə çevrilə bilməz.
Bu evə gəlmək – məbədə gəlməkdir.
Hər bir Ocaqçı bu tələblərə boyun əyməli, İnam Evinin bütün qurallarına əməl etməlidir.
Məbəddə yemək, yatmaq, çığırmaq, bağırmaq, pis niyyətlərlə danışmaq, hərcayillik, yersiz mövzularda söhbətlər aparmaq yolverilməzdir.
İnam Evinin Odqoruyanı olaraq Nurtəkin Atalı yükümlənir. Bütün quralların işləməsinə nəzarət edir. Ən azı həftədə bir yol İnam Evində olur, Ocaq işlərini, planlarını gözdən keçirir, İnam Evinin Gündəliyini yazır. Genel olaraq, İnam Evində yaşanan bütün olaylar yazılır, sabaha çatdırılır.
Odqoruyan İnam Evinin arxivini yaradır, bunun ardıcıllığına, səliqəsinə nəzarət edir.
“Odqoruyan” görəv (vəzifə) deyil, qutsal yükdür.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
30 Yağış ayı, 47-ci il, Atakənd.
30 noyabr, 2025).
Bu İnam Evinin Odqoruyanı Nurtəkin, Atagün Elindəki İnam Evinin Odqoruyanı Günevdir. Odqoruma, Odqoruyan anlayışının sorumluluğunu Ocaqda illər öncə qəbul eləmişik, Bəlgə ilə yazmışıq.“Odqoruyan” uğurlu bir yükdür. Buna olduqca ayıq, həm də diqqətlə, ciddiyyətlə yanaşmaq gərəkdir. Bu anlayış toplumda da qullanılır, söz yox bizim toplantılarımıza qatılanlar qullanır, kiminsə fiziki evinin çırağını yandırmaq anlamında. Bunun eybi yoxdur, ancaq bu anlayış daha böyük məna daşıyan bir anlayışdır – ruhani məbədlərə özgün bir anlayışdır. Qədimdə Zərdüşt dinində belə bir gələnək olub: Məbədlərdə odu sönməyə qoymayıblar, bu ildən o biri ilə ötürüblər. Mən öncələr də vurğulamışam, yazmışam da, Asif Ata bu xalqın min illərdir söndürülmüş ocağını yeni ruhda, yeni biçimdə, yeni məzmunda yenidən qalayıb. Ona görə “Odqoruyan” sadə bir yük deyil.
İnam Evinin davamlı olaraq, “Gündəliyi” yazılmalıdır. “Gündəlik”İnam Evində olur, şəxsi evə aparılmır. Necə ki, biz Qutsal Bitiqlərin Qəbul Törəni keçirdik. Törən keçirilən ünvanda bütün Bitiqlər köynəkdə saxlanılır, açıb oxumaq istəyən oxuyur, ancaq o ünvandan qırağa çıxarılmır, qırağa verilmir. Oxumaq istəyən elə o ünvanda oxuyur. Qırağa verilmək üçün rəsmi dövlət nəşriyyatlarında bitiqləri çap etmişik. Bir çox insanlara bağışlamışıq, bağışlamaqda davam edirik də. Bu ünvanın arxivi üçün nə nəzərdə tutulursa, hətta rəsmi nəşriyyatlarda çap olunan kitabların da hər birindən ən azı bir nüsxə buradan tərpənmir. Daim əlimizin altında olmalıdır. Buna ciddiyyətlə əməl etmək gərəkdir. Biz öz dediklərimizə, qaydalarımıza, tələblərimizə bütün ciddiyyəti ilə, incəliklərinə qədər əməl eləməsək, onda Türkə Ruhaniyyat Ocağı yaradırıq, məbəd yaradırıq deyə bilmərik.
Bu bəlgələrin üzünü sizə də verirəm. Hər birinizdə olmalıdır. Evinizdə, ünvanınızda qoruyun. Bunlar əlyazının üzüdür.
Sizi qutlayıram, bu elə bir tarixdir, zaman gələcək bu tarix özəl olaraq araşdırılacaq. Az sayda insanların gördüyü işlər heç bir yerə sığmazdır. Böyük işlər var ortada. Atanın ölümündən bəri, zaman-zaman nə dediksə əməl etdik, nə dediksə alındı. Əlyazıları bir yerə topladıq, üzünü çıxarıb dövlət arxivinə verdik; kitabların hamısını öncə bilgisayarda yazıb artırdıq, sonra rəsmi nəşriyyatlarda çap elədik; Atanın görüntülərini artırıb yaydıq, bir nüsxə dövlət arxivinə verdik, eləcə də şəkillərini; şəkillərin elektron variantlarını hazırladıq, kağıza çıxartdıq; Bayraqlar hazırladıq; yazılarını qəzetlərdə çap elədik, onları kitab şəklində üzlədik (podşivka); 200-dən çox fotolentin elektron variantını hazırlatdıq, dövlət arxivinə də nüsxələr verdik; bütün görüntüləri disklərə yığdıq; Azərbaycanı qarış-qarış gəzib görüşlər keçirdik, Atanın sorağını yaydıq, Atanın minlərlə ədəbiyyatını yaydıq; qəzet buraxılışları, kitablar, bülletenlər hazırladıq, səfərlərdə bağışladıq; Atanın ruhani quralları əsasında törənləri keçirdik, “Ailə Günü” toplantılarını keçirdik, Ailələr yaratdıq, Ocağa Evladlar gətirdik. Bu işlər davam edir. Özümüz qurallar yaratdıq, fərdi ünvanlara “Qutsal Bitiqlərin Qəbul Törəni” keçirdik, Beşikbaşı mərasimləri keçirdik, bəlkə də 40-a qədər. 30-a qədər yas törənləri keçirdik, hətta mollasız 3 yas törəni keçirmişik. Xalqın içində həşirsiz yadlığa dirəniş göstəririk. Mütləqə İnam mədəniyyətiylə dirəniş göstərə-göstərə alternativ yaradırıq, paralellər yaradırıq. Ocaqçıların kitabları yazıldı, hazırlandı, çap olundu, paylandı. Bütün bunların hamısına zaman-zaman nə dediksə, əməl elədik. Ocağın sorağı təkcə Azərbaycan içində deyil, Azərbaycandan qıraqda da yayıldı. Türkiyədə, Güney Azərbaycanda, Borçalıda, Rusiyada, Tatarıstanda, Avropanın bəzi yerlərində soraqlar yayıldı. Ocağın saytlarını yaratdıq. Saytlar bu günə qədər işləyir, bu da mətbuatdır, təbliğat xarakterli bir şeydir. Ocağın sosial şəbəkələrdə səhifələrinin ünvanlarını yaratdıq. Yutubda, feyzbukda, instaqramda… Göytəkin Mütləqə İnam adına səhifəni hər gün işlədir. Hər gün Atanın deyimlərini yayımlayır. Yüzlərlə fərdi görüşlərimiz oldu, ədəbiyyatlar verdik, suallarını cavabladıq. Çox böyük işlər gördük. Ocaqda sağlam bir mühit formalaşdıra bildik. Dedi-qodudan, qeybətdən uzaq. Bu mühit bizim Ocaq dünyamıza çevrildi. Bu dünyada hər birimiz özümüzü bəxtiyar saya bilirik. Bütün bunların hamısını dişlə-dırnaqla, qəpik-quruşla, boğazımızdan kəsə-kəsə elədik.İnam Evi tikildi Beyləqanda, yenə qəpik-quruşla, dişlə-dırnaqla. Misilsiz fədakarlıqlar var ortada.Az sayda insanların iki ünvan (məbəd) əldə eləməsi zarafat bir məsələ deyil. Bu boyda bayağı gedişlərin içində, bu boyda bayağı, hərcayi baxışların, dünyagörüşlərin, siyasi görüşlərin, nələrin içində, hər tərəfdən xalqın ləyaqətini ağzına alan pozuntuların içində belə bir ünvan yaratmaq, belə bir dəyər yaratmaq, bunu yaşatmaq, ömürdə ifadə eləmək, münasibətlərdə ifadə eləmək, qorumaq, addım-addım sabaha çatdırmaq böyük tarixi hadisələrdir. Ancaq bu işlər son deyil, bizi qarşıda daha böyük yüklər gözləyir. Bu məsələ əbədi bir yoldur. Asif Ata böyük bir sistem yaratdı – ideyalı, fəlsəfəli, əməli bir ruhaniyyat sistemi.

Nurtəkin Atalı( Ataya Səcdə edib, Bayrağı öpür – N.A.):Yükümlünün dediyi kimi, “Odqoruyan”qutsal bir yükdür. Mən də bu yükü Ocaqçı ləyaqəti ilə daşıyacağıma inanıram. Bayaqdan Yükümlü vurğulayır biz hansı işlər görürük. Bunlar ilk addımlardır. Məsələn, Ocaq Yükümlüsü deyir, bayraq olan yerdə yemək olmaz. Yəni, bu bir ruhaniyyat qanunudur. Buna bənzər bir sıra ruhaniyyat qanunları var ki, biz bu qanunlara indi özümüz ciddi şəkildə əməl etməliyik. Əlbəttə, bu, gələcək üçün də bir örnəkdir, həm də gələcəyə doğru bir yoldur. Yəni, necə olmaq gərəkdir, Ocaq necə qurulur, ruhaniyyat qanunları necə olub, ya da o qanunlara əməl etmək nə deməkdir, bunu biz ömrümüzdə, əməlimizdə göstərməliyik. “Odqoruyan” üçün Yükümlünün saydığı görəvlər var, mən onları eləməliyəm. Həm də burada görüş təşkil eləməyə çalışacağam. İnam evində – belə bir doğma məkanda olmaq başqa duyğular yaşadır. Özümüzünküdür, Atanındır, Ocağındır, Gələcəyindir.
Atamız Var olsun!
Günev Atalı: İndi bu bizim ikinci İnam Evimiz sayılır, yoxsa elə İnam Evi adı?
Soylu Atalı: Cərgələşmə yoxdur. Atagün Elində İnam Evi, Bakıda İnam Evi. Birinci, ikinci yoxdur. Ocaqda birinci Evlad, ikinci Evlad yoxdur. Nişanə nömrəsi var ancaq. Ancaq şəxsiyyətin birinciliyi, ikinciliyi, ünvanın birinciliyi, ikinciliyi yoxdur. Hər biri qutsal ünvandır. Hər bir Ocaqçının daşıdığı yük qutsal yükdür. Hər bir ünvan da Ocağın qutsal ünvanıdır.

Günev Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.):Yükümlümüzün buyurduğu kimi, bu işlər önəmli məsələlərdir, İnam Evi hər hansı bir fikrin, düşüncənin ünvanıdır. Əski dünyabaxışlarının özlərinin müxtəlif adlarda İnam Evləri olub, adına məbəd deyiblər, kilsə deyiblər, məscid deyiblər, sinaqoq deyiblər. Özlərinin düşüncələrinə uyğun müxtəlif adlar deyiblər.
Çətinliklə başa gəlir hər biri. Gözəllik də elə onun çətinliklə başa gəlməsindədir. Niyə bunlar alına bilir? – Çünkü içdən yarana-yarana çıxır. Görülən işlər, kitab çapları, İnam Evləri, müxtəlif görüşlər, müxtəlif adamlarla ünsiyyətlər, hamısı alınıb. Başlanğıcda hər şey daha çox təpkilərlə qarşılaşır. Bütün işlərimiz çətinliklərin içində bitə-bitə gəlibdi. Atanın sözüdür, insanın ömrü sevdiklərinin ömrünə bənzəyir. Doğrudan da, güc alırsan. Sən, maddi cəhətdən heç nəyin olmaya-olmaya, bəşəriyyətə gərəyəm deyib irəli durursan. Asif Atanın bu düşüncələrini ayaqda saxlamaqla, bir daşı daş üstə qoymaqla, bir addımımla, hər hansı bir yerdə görüşümlə, hər hansı bir yerdə bir ədəbiyyat verməyimlə, bir söz deməyimlə, xeyirdə, şərdə – xalq belə qurular. Biz belə bir fərəhli addımı atıb yol gedirik. 47 il ruhaniyyat tarixində azdır. İsanın fikirləri onun çarmıxa çəkilməsindən üçyüzil sonra həyata keçdi. Bizdə az müddətdə o qədər işlərin görülməsinin ən ümdə nədəni fərəhdir. Hətta fərəh sözü belə onu ifadə eləmir. Elə sən busan, Asif Atanın ideyalarısan, doğrudan da, iç fərəhlə dolur, adam düşünür ki, mən boşuna bir işlə məşğul olmamışam, boşuna ömür yaşamamışam, adi ömür yaşamamışam, hamının biri kimi ömür yaşamamışam. Bu gedişlə istər dünya ədəbiyyatında, istər dünya mənəviyyat tarixində götürsən kimlər əbədilik, ölməzlik qazandılar? – Bəşəri məzmunda yazanlar, yaradanlar. İndi yeni aşama başlayıb – Asif Atanın göstərdiyi yolda insan kamilliyi gərəkdir.
Bu gün Asif Ata üzdə görünmür. Televizorda hər şeyin adı çəkilir, Asif Atanın Ocağının adı çəkilmir. Qəti əminəm ki, onların Asif Atadan xəbəri var. Çünkü sosial şəbəkələr də var. Çoxu da Universitet müəllimi olubdur, şairdir, yazıçıdır, bilməyə bilməz. Bilirsən ki, müşküllərin əlacı insanlıqdadır, İnsan kamilliyindədir. Bunun da harayını Asif Ata çəkir. Bilə-bilə demirlər. Çünkü içdən yaşamırlar. Bəşəriyyətin xilasıdır bu ideya. Bir xalqın deyil, bir dönəmin deyil, dövrün deyil, bütün bəşəriyyətin əbədi xilasıdır.
Atagün Elindəki İnam Evimizdə Yükümlümüz Soylu Atalı buyurdu ki, bu İnam Evinin Odqoruyanı Günev Atalıdır. Elə kövrəldim, hansı yükü üzərimə qoyurdu. Ancaq həmin dövrdə mən Odqoruyan yükünü bu dərəcədə şaxəli bilmirdim, nə gözlənilir Odqoruyandan? Bu fərəhli bir ömürdü. İndi bu yeni ünvanın Odqoruyan yükünü Nurtəkinin üzərinə qoyur. Bu yük münasibəti ilə onu təbrik edirəm, uğurlar diləyirəm.
Atamız Var olsun!
Ağşın bəy:Bu gün İnam Evi münasibətilə hamınızı təbrik edirəm,eləcə də Türk Dünyasının 300 milyondan artıq sayını. Eyni halda, Nurtəkini, bu yükə görə təbrik edirəm, uğurlar diləyirəm.
Mən özümü xoşbəxt sayıram.İnam Evlərinin, istər Beyləqanda, istərsə də bu gün Bakımızda olmağından çox xoşbəxtəm. Günev qardaşım söhbətində adını çəkdi sinaqoq, kilsə, məscid filan. Yəni, İnam Evini fərqləndirən elə bu məqamdır. Çünkü onların heç birində biz yoxuq. Bizim nə millətimiz var, nə millətimizin varlığı var, nə özü var. İnam evinin o evlərdən fərqi budur ki, bizi bizə qaytarır, bizi özümüzə qaytarır. Əgər bu tarix 2000 il bundan əvvəl olmuş olsaydı, bu gün biz daha bir fərqli məqamda özümüzü təmsil edirdik. Hər millətin varlığı üç təməl prinsipin əsasında qorunur. Torpağıdır, mədəniyyətidir, dünyabaxışıdır. Bizim mədəniyyətimiz öz yerində, musiqimiz, kültürümüz, adətlərimiz, torpağımız parçalansa da, azalsa da, qısalsa da, tarixən yenə öz yerində var. Ancaq bizim dünyabaxışımız yoxdur və onun boşluğu 300 milyon türkün fəlakətini göstərir. Bu gün İnam Evi bu istəklərin yerini doldurur. Məncə, çox da önəm daşıyır. Bu gün burada olmağımla qürur duyuram, bir daha təbrik edirəm.

İnamlı Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.):Bəşər tarixində Türk aləminin Zərdüştdən sonra peyğəmbəri olmayıb. Bu gün biz onunla qürurlana bilirik ki, həm Türk Dünyasına məxsus, eyni zamanda ümumbəşəri olan bizim dünyabaxışımız ortalığa gəlib. Məbədlərimiz yaranır, artır və bu yolda biz bir millət kimi özümüzü toparlayıb ortaya çıxırıq. Qardaşlarımın, bacımın da çıxışlarında deyildiyi kimi, bu məbəd törəni türkün özünə məxsusluğudur. Bu hamımıza böyük bir qürur gətirir.Bu münasibətlə mən bütün xalqımızı və Ocaqçılarımızı təbrik edirəm. Bacımızı da təbrik edirəm, daşıdığı “Odqoruyan” önəmli bir yükdür. Mən inanıram ki, bu yükün daşıyıcısı elə sən ola bilərdin. Can sağlığı arzulayıram. Məbədlərimizin sayı artsın. Bu dünyabaxış xalqımızın içində qərar tapsın.
Atamız Var olsun!
Göytəkin Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.):Qutlayıram hər birimizi. Bu gün, doğrudan da, tarixi bir gündür. Bu gün biz bir ünvanda toplaşıb, onu İnam Evi olaraq elan eləyə biliriksə, bu böyük uğurdur. Ocaqçıların maddi durumunun zəif olmasını nəzərə alsaq, böyük uğur sayılmalıdır. Ümumilikdə məsələ təkcə İnam Evinin əldə olunması deyil. Ocaq bu günə asanlıqla gəlib çıxmayıb. Bu, Ocağın tarixindən də aydın görünür. Buna bənzər çox işlərin öhdəsindən gəlinir, çox çətin işlər ortaya gətirilir, bu işləri həyata keçirən az sayda Ocaqçılardır. Yəni, Atanın ideyaları əsasında özünü yaradanlar, ömrünü quranlardır. Bu işlərin ortaya gəlməsi həm də onun göstəricisidir ki, Atanın ideyaları bu gün təkcə nəzəri olaraq ortada deyil, həm də yaranan ömürlər olaraq ortadadır. Onlar da bu işləri yaradırlar. Ocaq bu işləri ilə həm də ümumilikdə gələcəyə bir mesaj verir ki, yaranan ömürlər, yaranan insani mühit gələcəkdə hansı müsbət dəyişikliklər yarada bilər. Bir daha hər birinizi qutlayıram.
Atamız Var olsun!
Bilən Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.):Mən də bu günü qutlayıram. Çox sevindirici bir gündür, həqiqətən. Mənim düşüncəmdə belə bir şey var ki, insan özünəxas yaşamalıdır. Mən bu məsələləri təbliğ edirəm. Bir çoxları elə düşünürlər, bizim dediklərimiz mümkün deyil. Ancaq Ocaq bütün əməlləri ilə sübut edir ki, istək varsa hər şey mümkündür. İnam Evlərimiz onun üçün yaranır ki, xalq olaraq formalaşaq, xalq kimi düşünüb yaşaya bilək.
Atamız Var olsun!
Soylu Atalı: Günümüz qutlu olsun.
Atamız Var olsun!
Səsdən sözə çevirdi: Nurtəkin Atalı.
Sərt Ayı, 47-ci il. Atakənd.