Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 38- ci ili Qutsal “Yeni il” Mərasiminin Gediş yazısı Yer: İnam Evi (İçərişəhər); Gün: 1 Günəş Ayı; Baş: 14-00 Mərasim keçiriləcək oda Ocaq ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Üstün Atalıdır. Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir. Hamı: “Ata Ruhuna qovuşduqca İnamımız bütövləşir!” deyir.
Bu gün bu sualı özümə verdiyimdə sanki iki dünya canlanır xəyalımda. Harada idim? Qarısıq, suallarla dolu, aydınlaşdıra bilmədiyim bir qaranlığın içində Özümü tanımadan,Yolumu və nə üçün yaşadığımı bilmədən yaşadığım bir dünya. Hansı ki o dünyada rolumun nədən ibarət olduğu belə mənə aydın deyildi. Hara gəldim? Özümü öyrənməyə başladığım, Yolumu bildiyim,bu dünyadakı rolumun nədən ibarət olduğunu […]
Rafiq Tağını ilk dəfə yazılarından tanıdım. Yazıları özü haqqında sərt adam təsəvvürü yaradırdı. Tanış olanda isə təsəvvürümü dəyişdirdi. Tələsmədən yeriyən, tələsmədən danışan, həlim səsli, dinləməyi bacaran, həmişə təbəssümlü bir adam olduğunu gördüm. Elə bil yazılarında sərt ifadə işlədən adam deyildi. Tədbirlərimizdə iştirak edirdi. Münasibətini, razılaşdığı və razılaşmadığı məqamları deyirdi. Ayrı-ayrı məsələlərə yönəlik baxışlarımızda fərqlər […]