Öncə, Asif Atanın öz dilindən soykökü ilə bağlı eşitdiklərimi danışmaq istəyirəm. Qazax-Dərələyəz bölgəsindən, Qaraqoyunlulardan olduğunu deyirdi. Son bir neçə yüz ildə babaları çox tanınmış ruhanilər olmuşdu. Əfəndiyev soyadı da ulu babası Hacı Alı əfəndi ilə bağlı idi. Babası molla Məhəmmədi yanılmıramsa 1939-cu ildə həbs edib güllələmişdilər. Ən qəribəsi, babasının əmisioğlu Bala Əfəndiyev Azərbaycanda Sovet hakimiyyətinin […]
Author: AAO
Soylu Atalı. Altıncı kalon
Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarım! Bizi bilən bilir, – biz irqçi, ayrımçı, bölücü (seperat) düşüncələrə, davranışlara, əməllərə qarşıyıq. Ancaq elə məsələlər var, onları yazmaq, ya da dilə gətirmək heç də irqçi, ayrımçı, bölücü anlamına gəlməz. Hər şeyi adı ilə demək yanlış sayılmasın gərək. Söz yox, indi deyəcəyim məsələ ilə bağlı mən bir türk olaraq, bir insan, […]
Asif Ata. Etiqad
Mütləq inam.Mütləq özünütəsdiq.Mütləq hökm.Mütləq qanun.Seçilmiş yol.Seçilmiş tale.Seçilmiş ömür.İnam bəxtiyarlığı.İnam vəfadarlığı.İnam qəhrəmanlığı.Amala vurulmaq.Amaldan yoğrulmaq.Tərəddüdün ölümü.Xəyanətin ölümü.Əbədi yolçuluq.Əbədi doğruçuluq.Müqəddəs bağçada bitmək.Müqəddəs ağacda yetişmək.Kamala yetmək.Müqəddəs vahidlik.Müqəddəs ardıcıllıq.Müqəddəs sınaq.Müqəddəs inad.Müqəddəs əzab.Müqəddəs tələb.Yenidən doğulmaq.Yuxudan ayılmaq.İnsan sayılmaq.And Müqəddəsliyi.Qurban Müqəddəsliyi.Dönməzlik!Ölməzlik!Qeyrətə çevrilən Həqiqət!Ülfətə çevrilən Həqiqət!Qanada çevrilən Həqiqət!Həyata çevrilən Həqiqət!Sevdaya çevrilən Həqiqət!Səcdəyə çevrilən Həqiqət!
Soylu Atalı. Xoşbəxtlik və bədbəxtlik
Bədbəxtlik – ən böyük xəstəlikdir., çünkü ruhun xəstəliyidir. Fiziki xəstəyə fiziki qulluq gərək olduğu kimi bədbəxtə də mənəvi qulluq gərəkdir. İkinci birincidən qat-qat çətindir. Çünkü bədbəxtə mənəvi qulluq etmək üçün gərək xoşbəxt olasan. Xoşbəxt olmadan bədbəxtliyi, xoşbəxtliyi ayırd etmək, bədbəxti xoşbəxt etmək olumsuzdur. Bədbəxt öz bədbəxtliyini dərk eləmir. Dərk etsəydi, söz yox, bədbəxt olmazdı. Xoşbəxtlik […]
Asif Ata. Ehtizaz
Mütləqə vurulmaq.Atəşdə qovrulmaq.Mütləqə qovuşmaq.Coşğun zəka.Unudulan bədən.Titrək dodaq.Böyüklük zəhmi.Ucalıq zəhmi!Kamillik zəhmi.İdrakın məhvərindən çıxması.Hissiyyat zəlzələsi.Mütləq yanğısı!Mütləq niskili!Mütləq hökmü!Müqəddəs seyr!Ağılın ağıl səddini aşması!Zəkanın zəka səddini aşması!Ürəyin ürək səddini aşması!Heyrətin heyrət səddini aşması!Ruhun bədən səddini aşması!Kədərin kədər həddini aşması!Fərəhin fərəh həddini aşması!Zamanın zaman həddini aşması!Məkanın məkan həddini aşması!İnsanın özündən kənara çıxması.Gerçəyin gerçəklikdən kənara çıxması.Nisbinin Mütləq həsrəti.Ruhun ruhani həsrəti.Qovuşma təlaşı!Qovuşma […]
Soylu Atalı. Mənəvi bağlılıq Ucalığı
…Asif Ataya onun Ocağının münasibəti toplumumuzda biranlamlı qarşılanmır. “Şəxsiyyətin ilahiləşdirilməsi yolverilməzdir”, “Şəxsiyyətə pərəstiş gərəksiz sonuclara gətirib çıxarır”, “Hər kəsin öz həqiqəti var”… bu, ya buna bənzər baxışlar sərgiləməklə bir sıra iddialılar qısqanclıq göstərir, bəziləri Batıçılığın dəyərlərə qarşı yıxıcı çağrışlarına uyur, bəziləri “çağdaşlığın” “bərabərçilik” oyunlarını ölçü götürür. Bütün hallarda yanılırlar, – qutsallığı görməkdən qaçırlar, şəxsiyyətin rolunu […]






