İnam Evi Günümüz qutlu olsun.Din millətlər üçün olanda zorla yayılmır, yayılmamalıydı. Hər kəs dinə inanmalıdırmı, ya da zorla yayılan dini qəbul edib soydan soya keçdikcə onu özününkü kimi qəbul etməlidirmi? Soylu Atalı ilə görüşlərin birində “sən mənim ata-babamın dininə qarşı çıxırsan” deyə təpgi göstərilmişdi. Sanki islam dinindən başlayır onun soyu. Bəs İslamdan öncəki babaların?! Onların […]
Author: AAO
Soylu Atalı. Türkləşmənin yanlışları
Sosial şəbəkələrdə bir sıra çağdaş türkçülərin türkçülüyü köhnəliyə dayanıq görsənişlərdir. Məsələn, ən çox yayılan şəkillər sırasında bozqurddur, əynində zirehli geyim, əlində topuz, qılınc, nizə tutan, at belində qorxunc baxışlarla baxan qıpçaq soylu kişilərin şəkilləridir, yayı dartıb ox fırladan gözəgəlimli qız şəkilləridir, bir-birini acımasız olaraq doğrayan döyüş şəkilləridir. Eləcə də, dəlisayaq görkəmdə şaman şəkilləri i.a. Bu […]
Asif Ata. Çirkin Dünya
Köləlik çirkinliyi. Zəlillik çirkinliyi. Cəhalət çirkinliyi. Qəbahət çirkinliyi. Xəbislik çirkinliyi. Xəsislik çirkinliyi. Heyvanilik çirkinliyi. Şəhvanilik çirkinliyi. Fitnəkarlıq çirkinliyi. Riyakarlıq çirkinliyi. Hərislik çirkinliyi. Sünilik çirkinliyi. Yalan çirkinliyi. Xülya çirkinliyi. Xəyal çirkinliyi. Küdurət çirkinliyi. Qorxaqlıq çirkinliyi. Ruhsuzluq çirkinliyi. Həqiqətsizlik çirkinliyi.Duyğu karlığı, idrak korluğu. Harınlıq vəhşiliyi, qan içmək vəhşiliyi, yadlıq, özgəlik vəhşiliyi, gözəlliyə, ülviliyə biganəlik vəhşiliyi! Hərcayilik əsarəti! […]
Soylu Atalı. Həyat üfüqləri
(L.N.Tolstoyun “Hərb və Sülh” əsəri üstə düşüncələr) Sənət ciddi məsələdir. Bu ciddi məsələ ilə ciddi insanlar məşğul ola bilər. Sənət yaratmaq – həyatı dərk edən, onun iç anlamını, insan varlığının aşkara çıxan-çıxmayan incəliklərini görən, bilən, göstərməyi bacaran şəxsiyyətin işidir. İctimai həyatda insana yanlışlardan çıxmağa yardım etmək sənətin xüsusiyyətlərindən biridir. Həyat dolaşır, dolaşdırılır, talelərə yeriyir qarışıqlığı […]
Qutsal “Ailə Günü” Törəninin Gediş Yazısı
Asif Atanın – İnam AtanınMütləqə İnam Ocağı Ata-Ocaq İlsırasının 45-ci ili Qutsal “Ailə Günü” TörənininGediş Yazısı Təşkilatca sorumlu Nurtəkin, Göytəkin Atalılardır.Hamı: “Ailə Günü – Ruhsal Gəlişim meydanı!” deyir. Törən quralları yerinə yetirilir. Ocaq Yükümlüsü Soylu Atalının Törən sözü dinlənilir. Törən qonuları: Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol […]
Asif Ata. Gözəl Dünya
Ruh gözəlliyi. Sifət gözəlliyi. Günəş gözəlliyi. İlqar gözəlliyi. Ağıl gözəlliyi. Sevda gözəlliyi. Səhər gözəlliyi. Kədər gözəlliyi. Arzu gözəlliyi. Qeyrət gözəlliyi. Çöl gözəlliyi. Yol gözəlliyi. Hicran gözəlliyi. Vüsal gözəlliyi. Gecə gözəlliyi. Duyğu gözəlliyi.Analıq gözəlliyi. Bulaq gözəlliyi. Mütləqə qovuşmaq gözəlliyi. Amal gözəlliyi. Həsrət gözəlliyi. Fəryad gözəlliyi. Söz gözəlliyi. İmtina gözəlliyi. Özündənkeçmə gözəlliyi. Torpaq gözəlliyi. Ürək gözəlliyi. İlham […]