Bəşər həyatını davamlı izləsək, görərik ki, insanlar çoxluq etibarilə öz yaşamlarında bir-birindən səthi məsələlərdə fərqlənirlər. Yalnız ayrı-ayrı insanlar səthilikdən çıxır, bənzərsiz ömür yaşamaq səviyyəsinə yetirlər. Bu da onunla bağlıdır ki, ali keyfiyyətlər daşıdığını anlayanda insan öz ömrünü məhz adilikdə məhdudlaşdırmaq istəmir. Bu insani ehtiyacdır.
Author: AAO
Amaldaşları Günev Atalıya başsağlığı verdi
Amaldaşları Günev Atalıya başsağlığı verdi: Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Günev Atalıya anasının ölümü ilə bağlı başsağlığı verir və soyunun, Ulusunun aqibətinə Ata-İnam İşığı düşsün deyir! Asif Ata Ölümlə Görüş – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq.
Soylu Atalı. Qərb siyasəti qorxu təbliğatıdır
Uşağı böyütmək çox çətindir. Əslində ata, ana olmaq çətindir. Ancaq bu çətinliyi ananın yuxusuz qalmaları ilə, yaxud atanın dolanışığı təmin etmək üçün çəkdiyi əzablarla məhdudlaşdırmaq doğru deyil. Bunlardan daha ağır, daha çətin bir məsələ uşağı milli, insani ruhda böyütməyi bacarmaqdır. Təəssüf ki, bu məsələ demək olar ki, özünü doğrultmur. Çünki belə bir ənənə yaranmayıb.
Üstün Atalı. Duyğularımda çiçəklənən ümidlər
I …Qüdrət – zor vasitəsiylə təsdiq olunmur. Zor qorxunu, mütiliyi, avamlığı aşkarlayır. Soylu Atalı deyir “bu gün insanları birləşdirən Asif Atanın harayını çəkdiyi İnsani keyfiyyətlər deyil, Qorxudur. Qorxu toplumun gerçək yaşamının özülündə dayanır. Hər kəs söz deməyə, söz dinləməyə qorxur.Söz deyən də ya “iqtidar sözü” deyir, ya “müxalifət sözü”. Həqiqət sözü deyilmir.Nəinki deyilmir, dinlənilmir də. […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimində deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimində deyilmiş fikirlər Ocaq Günsırası ilə 27 Şölə Ayı, 36-cı ildə “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə mərasim başladı. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: “Amallaşma hesabatımı vermək istəyirəm. Atanın “Mütləqləşmək – Var olmaq” kitabını […]
Asif Ata. Harda ki, Türkçülük yoxdur, orada Azərbaycan da yoxdur!
Sübut eləmək istəyirlər ki, Azərbaycanda yaşayanlar hamısı azərbaycanlıdır. Gözəl də səslənir: «Bizdə irqi, milli assimilyasiya yoxdur, yəni yağılıq yoxdur, yadlıq yoxdur, hamı bizdə azərbaycanlıdır». Amma bizim elə fəlakətimiz də bu olmayıbmı ki, Azərbaycan həm ölkə adı olub və Azərbaycan adı millət məfhumunu ləğv eləyib?