…Hər bir insanın, başqalarının üstünlüklərini, ləyaqətlərini görməsi – başqalarının deyil, daha çox özünün xeyrinədir. Məsələn, filankəs mənəviyyatlı, həm də yetənəkli (istedadlı) adamdır. Deyək ki, yaxşı şeir yazır. Bunu mən görməliyəm, danmalı deyiləm. Görmək nədir, danmaq nə?! – Görmək, dediyimiz kimi, Olandan daha çox görənin xeyrinədir. Olan yetənəyi ilə, yaradıcılığı, üstünlüyü ilə mənim görüşümə, ortamıma gəlir, […]
Author: AAO
Asif Ata. Xeyir
Xeyir – hadisə deyil, mahiyyətdir, sonlu deyil, sonsuzdur, ölümlü deyil, ölümsüzdür.Xeyir – ruhun özüdür.Buna görə də o, gerçəklikdən artıqdır, böyükdür, alidir.Xeyirin məqsədi – nisbini mütləqləşdirmək, sonlunu sonsuzlaşdırmaq, qeyri-kamili kamilləşdirmək, ölümlünü ölümsüzləşdirməkdir.Xeyir əslində yeni gerçəklik yaradır.Xeyir – Mütləq mənanın Mütləq şəkildə təsdiqidir.Gözəllik – xeyir səviyyəsinə qalxmır, xeyir gerçəklik səviyyəsinə enmir, ancaq gerçəkliyi bir vəziyyətdə qalmağa qoymur, […]
Soylu Atalı. Yenilik çətin alışılan yaşam olsa da…
İnsanlar hər hansı bir yeniliyə alışana kimi çətinliklər yaşamalı olurlar. Dedi-qodu, söz-söhbət yaranır. Ancaq getdikcə hər şey axarına düşür. Sonralar, hansısa tələbdən, zərurət üzündən başqa bir yenilik vermək istəyəndə ona qarşı dirənməyə çalışır, özünün bundan öncə alışdığı (vərdiş elədiyi) həyat tərzini qorumaq istəyir. Oturuşmuş, vərdiş elədikləri qaydaların dəyişməsi həm ağır gəlir, həm də pis görünür […]
ASİF ATA. Türkçülük
ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN! MƏN TÜRK mərdliyinin, bütövlüyünün mənəvi möcüzəsinə inanıram. Müasir dünyanın itirdiyi mənəvi ləyaqətə güvənirəm. Türk Ruhu çatışmır dünyada; namərdlik, satqınlıq «çeviklik» adıyla haylanır, əxlaq lağa qoyulur, bütövlük gerilik sayılır. Uçurum qarşısındadır dünya; Türkün çiyninə ağır yük düşür, Türkün bu Yükdən xəbəri yox, – Türk dünyanın arxasınca Uçuruma tələsir. TÜRK TÜRKLƏ VAXTİNDA GÖRÜŞƏ, BİRLƏŞƏ […]
“Ata Sonevini Ziyarət Günü” törəninin Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı“Ata Sonevini Ziyarət Günü” törənininGediş Yazısı İlsıra: 47-ci il;Yer: Ağstafa sonevliyində Ata sonevi;Başlanır: 14:00 Hazırlıq işlərinə Göytəkin, Nurtəkin Atalılar sorumludur. Gül-çiçək, çəkiliş üçün gərəkən şeylər. Ocaq Yükümlüsünün Törənə giriş sözü dinlənilir. Törən qonusu:Qutsal məkanların ziyarət olunmasının önəmi, müsbət etkiləri.Ata Sonevini Ziyarətin İnsanlığın gəlişməsində rolu.Ocaqsevərlər düşüncələrini bölüşürlər. Törən Quralları yerinə yetirilir: “Mütləq” […]
Asif Ata. Gözəllik
Gözəllik nisbi biçimdə aşkara çıxır.Ancaq Mütləqə xidmət edir.Gözəllik cismani biçimdə aşkara çıxır.Ancaq ruhaniyə xidmət edir.Gözəllik sonlu biçimdə aşkara çıxır.Ancaq sonsuzluğa xidmət edir.Gözəllik ölümlü biçimdə aşkara çıxır.Ancaq ölümsüzlüyə xidmət edir.Gözəllik qeyri-kamil biçimdə aşkara çıxır.Ancaq kamilliyə xidmət edir.Gözəllik – rəmzdir, nişandır.Onun təmsil elədiyi üzə çıxandan artıqdır, böyükdür, alidir.Cismani cazibədarlıq vasitəsilə gözəllik – ruhani məna təsdiq edir.Gözəlliyin bizdə […]







