Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Göylünün Yükümlüyündəki “Ulufərəh” Ailəsinin 36-cı ildə VIII aylıq Mərasiminin Gedişatı Yer: İnam Evi (İçərişəhər); Gün: 26 Xəzan Ayı; Başlanır: 17:00 Tədbir Odası hazırlanır. Təşkilati işlərə sorumlu Üstün Atalıdır.
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Asif Atanın Mütləqə İnam Ocağı Türk Ruhaniyyatı açısından özünün işini, mübarizəsini davamlı olaraq gerçəkləşdirməkdədir. Bu günlərdə Asif Atanın Qutsal Onluğundan “Mütləqləşmək – Var olmaq” Bitiyi çapdan çıxmışdır. Bitiq Ocaq Evladlarının yatırımı ilə basılmışdır. Gələnəksəl olaraq, Asif Atanın Bitiqləri həm Milli arxivə, kitab evlərinə bağışlanır, həm də görüşlərdə, səfərlərdə ilgilənən soydaşlarımıza. […]
(Mütləqə İnam Beşliyinin 1-ci əsəri) İnsanilik – Yenə də dövrdən, zəmanədən, sinfi mənsubiyyətdən təcrid olunmuş ümumi, əbədi, mütləq insan! Fəlsəfə onunla həmişəlik vidalaşmadımı, sübut etmədimi ki, insanı ictimai münasibətlərdən ayrı təsəvvür etmək olmaz?! İnsan hansı bir mühitdəsə yetişir, hansı tarixi şəraitdəsə fəaliyyət göstərir, hansısa bir sinfi təmsil edir, onun konkret mövcudiyyəti var; o, fəhlədir, kapitalistdir, […]