Türk – Vahid bir Etnosdur. Ruhani Birlikdir – unudulan, danılan. Midiyanı Türk Dünyasından ayırırlar. Atropatenanı İranlaşdırırlar, azəri türküylə osmanlı türkü arasında sədd çəkirlər. Qıpçaqla oğuzu yadlaşdırırlar: türk təklənir.
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Ötən ay Mütləqə İnam Ocağı Asif Atanın 80 illiyi qarşısında bir sıra Ocaq əməlləri həyata keçirmiş, bununla bağlı Törəndə hesabat vermişdir. Bu əməllər sırasında Asif Atanın “Onluq”undan “Fəlsəfənin Təməli” Bitiyi çapdan çıxmış və oxucuların ixtiyarına verilmişdir. O cümlədən ulusal kimliyin təsdiqi kimi hazırladığımız “Ölügötürmə Quralları” və “Beşikbaşı (evlənmə) Quralları” kitablarımız […]