Şiddətli məftunluq!
Şiddətli coşğunluq!
Atəşin qiymət!
Atəşin ricət!
Atəşin tərənnüm!
Daşğın etiras!
Çılğın etiraf!
Həyəcanın ülviyyət məqamı!
Bədənin ruhani əsirliyi!
Sarsıdan həqiqət!
Sarsıdan məhəbbət!
Sarsıdan səadət!
Sarsıdan izhar.
Heyrət ildırımı!
Daxili hərarət ildırımı!
Müqəddəs şəfqət ildırımı!
Ruhani həyanlıq sığmazlığı!
Həssaslıq sığmazlığı!
Sarsılan söz!
Sarsılan səs!
Sarsılan ömür!
Duyğudan böyük duyğu!
Ülfətdən böyük ülfət!
Ürəyin təzə riqqəti!
Gözün təzə işığı!
Üzün yeni mənası!
Xeyirin yeni əzəməti!
Gözəlliyin yeni ləyaqəti!
Müqəddəs sərməstlik.
Müqəddəs iqtidarsızlıq.
Müqəddəs təzyiq.
Müqəddəs təqib.
Müqəddəs cəfa.
Müqəddəs yük.
Özünütanıma.
Mütləqəçatma.
Sevincə sığmayan sevinc.
Təlaşa sığmayan təlaş.
Mütləqləşən hissiyyat!
Mütləqləşən mənəviyyat!
Sonsuzluğa qovuşma!
Ruhanı sehr!



