ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN!
MƏN TÜRK mərdliyinin, bütövlüyünün mənəvi möcüzəsinə inanıram. Müasir dünyanın itirdiyi mənəvi ləyaqətə güvənirəm. Türk Ruhu çatışmır dünyada; namərdlik, satqınlıq «çeviklik» adıyla haylanır, əxlaq lağa qoyulur, bütövlük gerilik sayılır. Uçurum qarşısındadır dünya; Türkün çiyninə ağır yük düşür, Türkün bu Yükdən xəbəri yox, – Türk dünyanın arxasınca Uçuruma tələsir.
TÜRK TÜRKLƏ VAXTİNDA GÖRÜŞƏ, BİRLƏŞƏ BİLSƏYDİ CƏLALƏDDİN RUMİLƏR, NƏİMİLƏR, FÜZULİLƏR BİRLİYİ YARANACAQDI- MÜQƏDDƏS İNAM SƏVİYYƏSİNDƏ, DÜNYAYA GƏRƏK OLAN.
TÜRK TÜRKLƏ BİRLƏŞSƏYDİ, TÜRK DÜNYASI YARANACAQDİ-HALAL, MƏTİN, VÜQARLI…
TÜRK TÜRKLƏ BİRLƏŞSƏYDİ, TÜRK DÜNYADA BU bu DƏRƏCƏDƏ, BU SƏVİYYƏDƏ TƏKLƏNMƏZDİ. TURK TÜRKƏ ƏL QALDIRMAZDI, «ŞİƏ-SÜNNİ TÜRKLƏRİ» YARANMAZDI, VÜQARLI TÜRK QOLTUĞA ALIŞMADI, TÜRK TÜRKLƏ ÖZGƏ DİLİNDƏ DANIŞMAZDI, MİSKİN YAĞILAR AZĞINLAŞMAZDI.
SSRİ İMPERİYASININ QORXDUĞU BİR QÜVVƏ VARDİ – TÜRKLƏR.
QƏRBİN QORXDUĞU BİR QÜVVƏ VARDI – TÜRKLƏR
QORXU BÖHTAN YARATDI – « TÜRK VƏHŞİLİYİ» BÖHTANI.
TÜRKÜN MƏDƏNİYYƏTİNİ DANDILAR, MƏRDLİYİNİ AVAMLIQ KİMİ, SƏRTLİYİNİ QƏDDARLIQ KİMİ QƏLƏMƏ VERDİLƏR, YARADICI DÜHASINI İNKAR ETDİLƏR. İNDİ DƏ TÜRKDƏN QORXURLAR, BU SƏBƏBDƏN DƏ ONU TƏKLƏYİRLƏR.
DÜNYA AĞALARI TÜRKÜ SEVMİR. TÜRKÜN AĞALARI TAXTDAN SALMASINDAN QORXUR.
(2 noyabr 1991).
TÜRK GÜNAHI
BÖYÜK HİKMƏT YARATDI, BÖYÜK SƏNƏT YARATDI, BÖYÜK SƏLTƏNƏT YARATDI, BÖYÜK VƏHDƏT YARATMADI.
(1985-ci il)
ÇALDİRAN DÖYÜŞÜ
TÜRK TÜRKƏ QARŞI VURUŞANDA HƏMİŞƏ MƏĞLUB OLUB.
(1985-ci il)
OĞUZ
BİR-BİRİNDƏN AYRI DÜŞMÜŞ EVLAD ATASI.
SƏLCUQLAR
TÜRKİYƏ YARADAN, TÜRK BİRLİYİ YARATMAYAN, TÜRKÇÜLÜK.
ZƏRDÜŞT MÜQƏDDƏSLİYİ.
BABƏK HÜNƏRİ.
SƏLCUQ CƏNGAVƏRİ.
OSMAN MÖHTƏŞƏMLİYİ.
RUMİ RUHANİYYATI.
İSMAYİL QÜDRƏTİ.
KAMAL XADİMLİYİ.
(1985-ci il)
TÜRK FACİƏSİ
FACİƏMİZ TÜRKLƏRİN bir-birini sevməməsi, tanımaması, bir-birindən ayrı düşməsi, dünyaya səpələnməsindən başlayır. Oğuzların bir hissəsi Azərbaycanda qaldı, o biri hissəsi Osmanlı Türkiyəsini yaratdı, ancaq iki yaxın məmləkət arasında əsl birlik bərqərar olmadı.
(1985)
MÜASİR TÜRKİYƏ
MİLLİ QÜRURUNU SAXLAYIB,
MİLLİ DİLİNİ SAXLAYIB,
MİLLİ DÖVLƏTİNİ SAXLAYIB,
AMALİNİ BİZDƏN ALMALIDIR.
(5 iyul 1986-cı il)
SABAH
AZƏRBAYCAN –TÜRKUN BEYNİ və ÜRƏYİ,
TÜRKİYƏ – TÜRKÜN QOLU və KÜRƏYİ.
(21 avqust 1986-cı il)
TÜRK MƏSƏLƏSİ
AVROPA TÜRK QILINCININ ZƏHMİNİ HİSS ELƏDİ,
TÜRK İDRAKININ ZƏHMİNİ HƏLƏ HİSS ELƏMƏYİB.
(may 1987-ci il)
ATAMIZ VAR OLSUN!
Təqdim elədi: Göynur Atalı





