Mütləq inam.
Mütləq özünütəsdiq.
Mütləq hökm.
Mütləq qanun.
Seçilmiş yol.
Seçilmiş tale.
Seçilmiş ömür.
İnam bəxtiyarlığı.
İnam vəfadarlığı.
İnam qəhrəmanlığı.
Amala vurulmaq.
Amaldan yoğrulmaq.
Tərəddüdün ölümü.
Xəyanətin ölümü.
Əbədi yolçuluq.
Əbədi doğruçuluq.
Müqəddəs bağçada bitmək.
Müqəddəs ağacda yetişmək.
Kamala yetmək.
Müqəddəs vahidlik.
Müqəddəs ardıcıllıq.
Müqəddəs sınaq.
Müqəddəs inad.
Müqəddəs əzab.
Müqəddəs tələb.
Yenidən doğulmaq.
Yuxudan ayılmaq.
İnsan sayılmaq.
And Müqəddəsliyi.
Qurban Müqəddəsliyi.
Dönməzlik!
Ölməzlik!
Qeyrətə çevrilən Həqiqət!
Ülfətə çevrilən Həqiqət!
Qanada çevrilən Həqiqət!
Həyata çevrilən Həqiqət!
Sevdaya çevrilən Həqiqət!
Səcdəyə çevrilən Həqiqət!


