Sən, insan, özün olmaq üçün, özünə çatmaq üçün özündən yüksəyə qalxmalısan. Çünki necə varsansa, azsan, mahiyyətdən aşağısan, məhdudsan və özündən uzaqsan. Sənin gerçək mövcudluğun Mütləq mövcudluğundan hədsiz dərəcədə aşağıdır. Gerçək mövcudluğunda nöqsanlı və sonlusan. Buna görə də özünlə kifayətlənə, özündə dayana bilməzsən. Sənin daxili dünyanda yırtıcılıq və vəhşilik yaşayır. Bu ehtirasla özünə çata bilməzsən. Həmin […]


