Xəbərlər

Asif Ata. Gerçəklikdən  Yüksək  Yaşamaq

Gerçəklik nöqsanlını kamil kimi qələmə verir.Gerçəklik keçicini sonsuz kimi qələmə verir.Gerçəklik ölümlünü ölümsüz kimi qələmə verir.Gerçəklik insanı aldadır.İnsan gerçəkliklə döyüşür.İnsan gerçəkliyin yalanını rədd edir.İnsan gerçəkliyin tələbini eşitmir, onun məntiqinə inanmır. İnsan gerçəkliyə deyir ki, sənin həqiqət kimi təqdim etdiyin həqiqət deyil, ülviyyət kimi təqdim etdiyin ülviyyət deyil, zirvə kimi təqdim etdiyin zirvə deyil; sən mənim […]

Xəbərlər

Qutsal “Evlad Günü” Mərasimi

Ocaq Günsırası ilə 7 Od Ayı, 47-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Evlad Günü” Mərasimini həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edərək sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Ölənlərimizin adını anırıq – Sabahlı, Bağban, Amaltay bizimlədir. Günümüzün mahiyyətiylə bağlı söz deyəcəyik. Eyni halda “Gediş Yazısı”nda qoyulan qonulara […]

Xəbərlər

Soylu Atalı. 20 Yanvar Dərsi

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.Saxtakarlığın fatehliyinə […]

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.Balalarımıza güllə atılmalıydı.Qorbaçovşina inciyənlərlə barışmalıydı.Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.Mərkəz də onun dişini qırıb qarnına tökdü.Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Cəlilabadlılara atıldı.Naxçıvanlılara atıldı.Lənkəranlılara atıldı.Tətilçilərə atıldı.Gəncə adına atıldı.Xətayi adına atıldı.Balalarımızı ordunun üstünə göndərənlər […]

Xəbərlər

Soylu Atalı – 60. Yaşamaq – Özünü Dərkdədir

İnsan özündə egonu formalaşdıran keyfiyyətlərlə iç-içə olursa, bütün varlığı gün-güzarana, kefə, əyləncəyə bağlı olur. İnsan İçində ruhani keyfiyyətlərlə ünsiyyətdə olarsa, onu içdən ruhanilik formalaşdırar. Yəni insan öz içində nə ilə ünsiyyətdədirsə, nə ilə söhbət edirsə, onun varlığını ünsiyyətdə olduğu keyfiyyətlər formalaşdırır. Bunu da insanın özü bilməlidir, tanımalıdır. Özünü tanımalıdır ki, nə ilə ünsiyyətdədir, nəyə boy […]

Xəbərlər

Asif Ata. Ürəkdən gələn səs

Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığma­yan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təza­hür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır. Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. […]