Mütləq ruhani vəhdət.Müqəddəs əsarət.Xeyirin dərki.Əbədinin dərki.Kamilin dərki.Sonsuzun dərki.Mənəviyyatın ali zirvəsi.Hissiyyatın ali zirvəsi.Nisbidə Mütləqi görmək.Cismanidə ruhu görmək.Özünü itirmək ülviyyəti!Özünü yenidən tapmaq ülviyyəti!Mənəvi sədlərin ölümü!Yadların ölümü!Zahirlə batinin birliyi!Pünhanla aşkarın birliyi!İfadəylə mahiyyətin birliyi!Təzahürlə mənanın birliyi!İdrakla duyğunun birliyi!Adiylə ülvinin birliyi!Kədərin yeni mənası!Sevincin yeni mənası!Əzabın yeni mənası!Nəşənin yeni mənası!Həyatın yeni mənası!Fəryadın yeni mənası!Üzlərin yeni mənası!Gözlərin yeni mənası!Rənglərin yeni mənası!Səslərin yeni […]


