Azərbaycanda ermənilər zaman-zaman vəhşi qırğınlar törədiblər. SSRİ qurulandan öncəki qırğınları kulminasiya nöqtəsi saymaq olardı. Ancaq SSRİ-nin sonunda Xocalıda, bütövlükdə Qarabağda baş verən faciələr öncəki erməni vəhşiliklərini kölgədə qoydu. Türkə qarşı erməni dəyənəyi hazırlayan dış qüvvələr içərisində öndə gedənlərdən olan Rusiya, SSRİ-ni qurandan sonra, erməni azğınlıqlarını bizə keçmişdəkilərin yanlışı saydıraraq, yalançı xalqlar dostluğu uydurdu, ermənilərlə azərbaycanlılar “qaynayıb […]


