Xəbərlər

Soylu Atalı. Dinin insanla bağlı sorunları    

  -Xristianlıqda apokalipsis ideyası var, -“ hamı məhv olacaq, əməli düzgün (saleh) adamlardan yeni dünya, yeni bəşər yaranacaq”. Bu ideya islamdakı “Qiyamət günü” ilə səsləşir. Ölülər diriləcək, hamı Allahın qarşısına toplanacaq, sorğular başlayacaq. Yaxşılar cənnətə, yamanlar cəhənnəmə göndəriləcək.Bəşəriyyət 2000-1500 ildir ki, bu cəfəngiyyata dözür, heç kim sorğulamaq istəmir. İndi mən sorğulayıram: Əgər dünya dağılacaqsa onda bu […]

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Qəhrəmanlıq

Qəhrəmanlıq – insanın öz nisbi, qeyri-kamil, sonlu, ölüm­lü imkanlarından kənara çıxması, onların üzərində yüksəl­mə­­sidir. Qəhrəmanlıqda insan özünün gerçək səviyyəsindən artıq işlər görür.Qəhrəmanlıq gerçəkliyin insan haqqında olan təsəvvürünü, biliyini, hökmünü rədd edir: yeni təsəvvür, yeni bilik, yeni hökm yaradır.Bu cəhətdən qəhrəmanlıq gerçəklikdən artıqdır.Qəhrəmanlıq – insanın nisbi gerçəklikdə Mütləq fəaliyyət göstərməsidir. Ona görə də qəhrəmanlıq Mütləq iradə, […]

Xəbərlər

Soylu Atalı. Oyunların içində ədalət olmur

Zamanın yönəticisi siyasətdir. Sən elə danışmalısan, siyasətin xeyrinə olsun. Ölkənin, xalqın xeyrinə bir söz deyəndə siyasətin ziyanına olur. Bütün  gedişlər siyasətin xeyrinə köklənib, xeyirin xeyrinə köklənməyib.Hər şeydə ədalətsizlik tüğyan edir. Nə qədər ki həyatı siyasət yönətir, ədalət bərpa olunmayacaq. Xalq əbədi hadisədir. Əbədinin taleyinə siyasət möhür vurur. Siyasət əbədinin taleyinə möhür vurduğu üçün xalqın özümləşmə […]

Xəbərlər

Asif Ata. Həqiqət

Yalnız Mütləq olan həqiqidir.Gerçəklik isə nisbi həqiqətlərə tapınır.Bu səbəbdən də Həqiqət gerçəklikdən artıqdır.Yalnız sonsuz olan həqiqidir.Gerçəklik isə sonlu hadisələrdən ibarətdir.Bu səbəbdən də Həqiqət gerçəklikdən artıqdır.Yalnız əbədi olan həqiqidir.Gerçəklik isə ölümlü hadisələr məcmusudur.Bu səbəbdən də Həqiqət gerçəklikdən artıqdır.Yalnız kamil olan həqiqidir.Gerçəklik isə qeyri-kamil hadisələrlə doludur.Bu səbəbdən də Həqiqət gerçəklikdən artıqdır.Gerçəklik yarımhəqiqətə və həqiqətsizliyə arxalanır.Bu səbəbdən də […]

Xəbərlər

Soylu Atalı. “Talıfoğulları”

Hər kəsə günaydın. Bir neçə il öncə götür-qoy edərək araşdırdığımız, axır-son uğurlu bir sonuc əldə elədiyimiz olay başa çatdı. Soykökümüz Talıboğulları ilə bağlı kitabımız işığa çıxdı. Bir neçə qola ayrılmış soykökümüzlə bağlı bilgiləri yığcam bir tarixi oçerkdə sistemləşdirdik. Bu işdə bizə ideya-düşüncə açısından yardım edən Dağ Borçalıdan (Mollaevdən) Tahir Talıblıya; Qaraqoyunlu mahalından Cavanşır, Rizvan Talıboğullarına; […]

Xəbərlər

Soylu Atalı. Üç oğluma məktub

Ürəyinizdə Ata Günəşi olsun!Xalqda üç oğlu olan adam özünü xoşbəxt sayır. Çünkü davamı var, ondan başlayan soyu yaranır. Mən də təkcə bir evin atası olsaydım, o sarıdan özümü xoşbəxt sayardım. Ancaq mənim oğullar sarıdan xoşbəxtliyim başqa şeyə dayanır. Mənim ömrümü yaradan, zənginləşdirən, mənimsəyən Amalım var, Sabaha gedən Yolum var. Oğullarım Amalıma yiyə çıxanda məni yaşadar, […]