Xeyir – hadisə deyil, mahiyyətdir, sonlu deyil, sonsuzdur, ölümlü deyil, ölümsüzdür.Xeyir – ruhun özüdür.Buna görə də o, gerçəklikdən artıqdır, böyükdür, alidir.Xeyirin məqsədi – nisbini mütləqləşdirmək, sonlunu sonsuzlaşdırmaq, qeyri-kamili kamilləşdirmək, ölümlünü ölümsüzləşdirməkdir.Xeyir əslində yeni gerçəklik yaradır.Xeyir – Mütləq mənanın Mütləq şəkildə təsdiqidir.Gözəllik – xeyir səviyyəsinə qalxmır, xeyir gerçəklik səviyyəsinə enmir, ancaq gerçəkliyi bir vəziyyətdə qalmağa qoymur, […]