Gözəllik nisbi biçimdə aşkara çıxır.Ancaq Mütləqə xidmət edir.Gözəllik cismani biçimdə aşkara çıxır.Ancaq ruhaniyə xidmət edir.Gözəllik sonlu biçimdə aşkara çıxır.Ancaq sonsuzluğa xidmət edir.Gözəllik ölümlü biçimdə aşkara çıxır.Ancaq ölümsüzlüyə xidmət edir.Gözəllik qeyri-kamil biçimdə aşkara çıxır.Ancaq kamilliyə xidmət edir.Gözəllik – rəmzdir, nişandır.Onun təmsil elədiyi üzə çıxandan artıqdır, böyükdür, alidir.Cismani cazibədarlıq vasitəsilə gözəllik – ruhani məna təsdiq edir.Gözəlliyin bizdə […]