Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 45-ci ili“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törənininGediş Yazısı Gün: 29 Yağış Ayı;Başlanır: 20:00 Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlaması dinlənilir. Törən qonuları: “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır. Gün`ün Carı:Mütləqə İnam – İnsana Özünü tanıdan Yoldur! Gediş Yazısını yazdı: Göytəkin […]
Month: Noyabr 2023
Soylu Atalı. Qarabağ Düyünü açılmayıb
Ürəyinizdə Ata Günəşi olsun!Bu gün Azərbaycanın siyasi taleyində nələr baş verir?! – Bu məsələ ilə bağlı sosial şəbəkələrdə, televiziyalarda, mətbuatda eyforiya səviyyəsində bilgilər verilir. Hər kəs qələbə əhvalındadır. Hər kəs Qarabağ sorununun başa çatmasından danışır, çəkişmələrin bitməsindən danışır: Daha hər şey arxada qaldı, heç nə olası deyil, hər şey başa çatdı. Söz yox, bir vətən […]
Asif Ata. Nəşəli Dünya
Müqəddəsliyə tapınmaq nəşəsi, İdrak nəşəsi, analıq nəşəsi, cəngavərlik nəşəsi, təbiətə qovuşmaq nəşəsi, ehtizaz nəşəsi, özündənkeçmə nəşəsi, vətənsevərlik nəşəsi, qələbə nəşəsi, özüylədöyüş nəşəsi, ruhani paklıq nəşəsi, gənclik nəşəsi, eybəcərliyə nifrət nəşəsi, şərlə dava nəşəsi, xoş xəbər nəşəsi, gözəlliyə heyranlıq nəşəsi, xalqsevərlik nəşəsi, ucalığa can atmaq nəşəsi, ucalıqda yaşamaq nəşəsi, ilk addım, ilk söz, ilk görüş, ilk […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı dəyərli aydın, türkoloq Arif Acaloğlunun qəfil ölümü ilə bağlı ailəsinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir.Balalarında, Yurdunda, Ulusunda yaşasın! “Matəm üstə Mütləqlə Təmas” Ölən – Əzəlidə qalır.Əbədidə qalır.Sonsuzda qalır.Kamildə qalır.Üzlərdə qalır.Gözlərdə qalır.Dodaqlarda qalır.Xalqda qalır.Ölən – Gerçəklikdən gedir – Mənada qalır. Ölümlə Görüş – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki […]
Qutsal “İnam Evi Günü” Törəninin Gediş yazısı
Asif Atanın-İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq ilsırasının 45-ci ili Qutsal “İnam Evi Günü” Törəninin Gediş yazısı Yer: Günev Atalının evi (Biləcəri qəs.);Gün: 13 Yağış Ayı, Arzu Günü;Başlanır: 14:00 Təşkilatca sorumlu Günev Atalıdır. 6 ideyanın simgəsi olaraq 6 şam yandırılır.Hamı: “İnam Evi – Qutsallaşan ünvanımız!” deyir.“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev Atalı,“Ataya Günorta Ricası”nı Göytəkin Atalı deyir.“Çağırış” içsəsini Soylu […]
Asif Ata. Kədərli Dünya
Zülmət görürəm – kədərlənirəm, zillət görürəm – kədərlənirəm, yadlıq görürəm – kədərlənirəm, yalan görürəm – kədərlənirəm, naşılıq, hərcayilik, miskinlik görürəm – kədərlənirəm, ananı balasından, duyğunu ürəkdən, hikməti sözdən, insanı Mütləqdən ayrı salırsan, izzəti azaldıb, möhnəti artırırsan, məhəbbət çayını bulandırırsan, ülvilik bulağını qurudursan, möhtəşəmliyi parçalayırsan, mətanəti sındırırsan, məlahəti soldurursan, körpəliyin paklığına, gəncliyin hərarətinə, yetkinliyin rəvanlığına, qocalığın […]