Ürəyinizdə Günəşi olsun!İnsan-Tanrı münasibəti məsələsi (Asif Atanın anlayışı ilə desək, İnsan-Mütləq münasibəti) bəşəriyyəti düşündürən başlıca bir qonu olmuşdur. Bu məsələni din ruhaniyyatı ilə aydınlaşdırmalı olsaq, insan üçün sanki ondan qıraqda, onun ifadə edə bilmədiyi, əlinin çatmadığı, özündə daşımadığı bir həqiqət var, bir ideal var. İnsan həmişə bu idealla üz-üzə qalıb ona ibadət edir, dua edir […]
Month: Aprel 2023
Qutsal “Yeni İl” Törəni
Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 45-ci iliQutsal “Yeni İl” Törəni Ocaq Günsırası ilə 1 Günəş Ayı 45-ci ildə (mart 2023) Asif Ata Ocağı Qutsal “Yeni İl” Törənini gerçəkləşdirdi. Ocaq Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın – İnam Atanın Mütləqə […]
Soylu Atalı. Yazılan Qanunlar, Yazılmamış Qanunlar
Ürəyinizdə Ata Günəşi olsun!Bəzən bir adam humanist bir işi görəndə “yazılmayan qanunlar da var” deyər. Buna istəyirəm aydınlıq gətirəm. Hardan qaynaqlanır bu söz, nə deməkdir?! – Qanunları kimlərin yazdığına baxsaq, “Yazılmayan Qanunlar”ın nə demək olduğunu daha yaxşı aydınlaşdıra bilərik. Toplumun birgəyaşayışında başlıca olaraq, siyasi, ruhani qanunlar rol oynayır. Siyasi qanunları dövlət yönətimi formalaşdırır, ruhani qanunları […]
Soylu Atalı. Ocağın ölümsüzləşən “Bağban”ı
Asif Ata deyirdi: “Ocaq heç bir planda, proqramda olmayan bir olaydır”.Başlanğıcda Asif Atanın istəyi ruhaniyyat yaratmaq deyil, milli dövlət yaratmaq idi. Ancaq milli dövləti yaratmağa insan gərəkirdi – satmayan, satılmayan, millətə, dövlətə, insanlığa xəyanət etməyən. Asif Atanın bu işi gerçəkləşdirmək istədiyi çağlar milli düşüncənin, demək olar, susdurulduğu bir dövr idi. Sovet imperiya maşını milli düşüncələrin […]