İnsan cəmiyyəti ona görə yaratdı ki, tək qalmasın, başqalarıyla birləşsin, qüdrətini, gücünü artırsın, hamılaşsın, xudpəsəndliyinin üzərində qələbə çalsın. Bu arzu onun qarşısıalınmaz cismani və mənəvi tələbindən dogmuşdu.İnsan özündə qala bilməzdi, özünü başqalarında tapmalıydı. Bu, mənəviyyatın Mütləq hökmü idi. Ancaq cəmiyyətdə insan özünü təsdiq edə bilmədi. Çünki cəmiyyət bütöv şəkildə Mütləq səviyyəsinə qalxmadı; cəmiyyətdə Mütləqin yalnız […]
Month: Aprel 2023
Soylu Atalı. Türklüyə bulaşmış fəlakət
Türkiyədə seçki sürəci davam edir. İzlədikcə adam düşüncələr burulğanına düşür. Hər kəs topluma vədlər verir. Bu vədləri tam olaraq yerinə yetirə biləcəklərmi?! Az kəsiminimi yerinə yetirəcəklər, çox kəsiminimi?! – Bunu Gələcək göstərəcəkdir. İstənilən halda, toplum bu vədlərə qulaq kəsilib. Söz yox, toplum bu çağa kimi olan durumu da dəyərləndirir. Ancaq bu dəyərləndirmə bütün toplum üçün […]
Göytəkin Atalı. Kədərin doğurduğu duyğular
(Stendalın “Parma Monastırı” əsəri üstə duyğulanmalar) Əsərin baş qəhrəmanı Fabrisio, uşaqlığından bu yöndə tərbiyə aldığı üçün, dinə fanatikcəsinə bağlılığı olan saf bir gəncdir. Yaşadığı qəsrdən qıraqdakı həyatın sərt üzündən xəbərsiz olsa belə, onun ruhu daim yeniliyə can atır. Bu duyğuların etkisilə 16 yaşlı gənc, Napaleona qoşularaq, müharibəyə yollanmağa qərar verir. Çıxdığı bu yolda dəfələrlə aldanır, […]
Soylu Atalı. Türkiyədə seçki sürəci
Ürəyinizdə Günəşi olsun!Türkiyədə seçkinin durumu ilə bağlı, bir neçə sözlə, düşüncələrimi bölüşmək istəyirəm. Bilirsiniz, Türkiyədə bu gün seçkiyə hazırlıq prosesləri gedir. Dövlət başçılığına 4 aday mübarizə aparır. Bunlardan biri hakimiyyətin başında duran Ərdoğan; ikincisi, bundan öncəki seçkilərdə adaylığını verən, hətta qalib gələn Məhərrəm İncə; üçüncüsü, özünü Atatürkçü yönü ilə tanıdan Sinan Oğan; bir də CHP-nin başqanı […]
Soylu Atalı. Musiqi ruhun yaradıcılığıdır
Ürəyinizdə Günəş olsun!Musiqi insan ruhunun tələbləri sırasında olan qutsal bir yaradıcılıq yönüdür. Hansı xalqda olursa olsun, ruhun nəğmələri qutsaldır. Hər xalqın öz musiqi yaradıcılığı var, bir-birinə bənzəməsə də, duyğularımıza doğmalaşa bilir. Xalqların yaradıcılıq bənzərsizliyi Tanrısal anlam daşıyır, İnsanlığın zənginliyindəndir. İnsanlığı (Tanrısallığı da deyə bilərik) ifadə eləyən hər şey gözəldir, eyni halda qutsaldır. Bunun adı Bəşərilikdir. […]
“Ruhsal İdrak Günü” Törəninin Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 45-ci ili“Ruhsal İdrak Günü” Törəninin Gediş Yazısı Yer: Qaraçuxur (Nurtəkinin evi);Gün: 25 Çiçək Ayı;Başlanır: saat 14.00 Törənə təşkilatca sorumlu Nurtəkin, Göytəkin Atalılardır. Hamı: Ruhsal İdrak – Həqiqətə yetmək! “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü, “Ataya Günorta Ricası”nı – Günev, “Ruh üstə” içsəsini – Nurtəkin Atalılar deyirlər. […]