Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 48-ci ili
Qutsal “İnsanilik” Bayramının
Gediş Yazısı
Yer: İnam Evi (Qobu q.);
İlsıra: 15 Günəş Ayı;
Çağ: 14:00.
Hazırlığa sorumlu Günev, Nurtəkin Atalılardır.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – İnamlı, “Ataya Günorta Ricası”nı – Günev Atalılar deyirlər.
Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir.
Bayram Qonuları:
• İnamın ölçüyə çevrilməsi qurtuluş yoludur.
• Xalq milli, insani dəyərlərlə yaşayanda var olur.
“İnsanilik Şərqisi”ni – Göynur, “İnsanilik Bayramı üstə Mütləqlə Təmas”ı – Nurtəkin Atalılar söyləyirlər.
Ocaq Yükümlüsü Ata Hökmünü çatdırır: “İnsanlaşın, İnsanlaşdırın!”
Hamı: “İnsana and olsun, İnsaniliyə qulluq edəcəyəm!” – deyir.
Bayram “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə başa çatır.
Gün`ün Carı:
Ata İnamı – Həqiqəti ömürlərdə var edir!
Gediş Yazısını yazdı: Göytəkin Atalı
9 Günəş Ayı, 48-ci il. Göyçay.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü.
9 Günəş Ayı, 48-ci il. Saray-Soylu.


