Xəbərlər

Qutsal “İnsanilik” Bayramı

Asif Atanın Mütləqə İnam Ocağı 15 Günəş Ayı, 46-cı ildə (Mart 2024) Qutsal “İnsanilik” Bayramını gerçəkləşdirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Öncə Ocaqda ölənlərimizin adını anırıq, Sabahlı, Bağban, Amaltay bizimlədir.Ocağımızın İnsanilik Bayramı Ocaq Günsırası ilə 20-ci ildən (1998-ci il) həyata keçirilir. 26 ildir Asif Atanın yaratdığı, […]

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. İnsan Qəbahəti

Mütləqdən ayrılmaq. Müqəddəslikdən ayrılmaq. Həqiqətdən ayrılmaq. Ədalətdən ayrılmaq. İlkinlikdən ayrılmaq. Ruhani­likdən ayrılmaq. Heyrətdən ayrılmaq. Həsrətdən ayrılmaq. Cürətdən ayrılmaq. Tarixdən ayrılmaq. Qəhrəmanlıqdan ayrıl­maq. Fədakarlıqdan ayrılmaq. Aşiqlikdən ayrılmaq. Dahilikdən ayrılmaq. Ülvi yollardan ayrılmaq. Vüsaldan ayrılmaq.Mühitə pərçimlənmək. Maddidə mənəvini itirmək. Alçalt­maq, alçalmaq. Titrətmək, titrəmək.Hörmətin yaltaqlıq uçurumu. Qeyrətin yaltaqlıq uçurumu. Sözün yalan uçurumu. Üzün riya uçurumu. Ağılın xülya uçuru­mu. […]

Xəbərlər

Asif Ata. İnsan Ləyaqəti

İdeala heyrət. Gözəlliyə heyrət. Mütləqlə vəhdət.Zamana sığmamaq. Mühitə sığmamaq.Yalansızlıq. Ehkamsızlıq. Xülyasızlıq. Cəhalətsizlik. Cinayət­­­sizlik.Tək yanmaqdan çəkinməmək.Yırtıcılıq üzərində qələbə. Xudpəsəndlik üzərində qələbə. Qorxaqlıq üzərində qələbə. Hərcayilik üzərində qələbə. Məkr, fitnə üzərində qələbə. Ətalət üzərində qələbə.Həqiqət eşqi. İdrak eşqi. Xeyir eşqi. Təbiət eşqi.Vətənsevərlik. Bəşərsevərlik.Ruhun dünyaya qovuşması. Ürəyin ürəyə qovuşması.Düşüncə ləyaqəti. Duyğu ləyaqəti. Sifət ləyaqəti. Baxış ləyaqəti. Ruhun Mütləq […]

Xəbərlər

İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi

Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]

Xəbərlər

Asif Ata. Özünə Sığmayan Dünya

Günəş səmaya sığmır. Dilək ürəyə sığmır. Dəniz məcraya sığmır. Ruh bədənə sığmır. Səs sinəyə sığmır. Fikir sözə sığmır. İnsan ölümə sığmır. Ömür taleyə sığmır. Səda sükuta sığmır. Gecə zülmətə sığmır. İnsan özünə sığmır. Bəbək gözünə sığmır. Çiçək çöllərə sığmır. Meyvə budağa sığmır. Ayaq yollara sığmır. Qartal dağlara sığmır. Heyrət tərifə sığmır. Qüdrət tarixə sığmır. Pələng […]