Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Sabah, 1 Günəş Ayı Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağında Günsıra (təqvim) dəyişir – Yeni İl başlayır. Ocaq İlsırasının (tarixinin) 37-ci ili girir. Günsıranın bu günü Ocaqda “Yeni İl Törəni” keçirilir. Bu gün həm də Türkə-Türklüyə, bütövlükdə bəşərə İnsanlaşma Dünyabaxışının gəlişi günüdür. Miladla 1979-cu il Yurdumuz Azərbaycanda İnsanlaşma Erasının, […]
Month: Fevral 2015
“Atagün” Ailəsinin IX Aylıq toplantısında deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Atagün” Ailəsinin IX Aylıq toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 19 Köçəri Ayı, 36-cı ildə Atagün Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. Atagün Ailəsinin Yükümlüsü Günev Atalı “Ailə Günü” mərasiminə yeni qatılanlar üçün Ruhani Ailənin biçimi və mahiyyəti haqqında qısa […]
Asif Ata Ocağı Yas mərasimi keçirdi
Asif Ata Ocağının Evladları və Ocaqdostları Ulusəs Atalıya cismani bacısı Elmira xanımın ölümü ilə bağlı başsağlığı verdilər və Yas mərasimi keçirdilər. Yaxın günlərdə Yas mərasiminin tam mətnini təqdim edəcəyik. Asif Ata Ölümlə Görüş – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, […]
İnsançılıq-Millətçilik-Bəşərilik (gənclərlə görüş)
Ürəyinizdə Günəş olsun istəkli soydaşlarımız! Asif Atanın Mütləqə İnam Ocağı toplumda davamlı olaraq milli, insani yöndən iş aparır. İstər yazılı, istər elektron basın (mətbuat) araçılığı ilə Asif Atanın Dünyagörüş sistemini yaymaqla yanaşı, Onun Ocağı birey (fərdi) və kütləvi görüşlər də həyata keçirir. Bu görüşlərdə gənclərimizin vətən sevgisini möhkəmlədən, milli dəyərlərə münasibətini aydınladan ideyaların öyrədilməsi başlıca […]
“Atagün” Ailəsinin 36-cı ildə IX Aylıq mərasiminin Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin 36-cı ildə IX Aylıq mərasiminin Gedişatı Yer: Atagün Eli (Örənqala); Gün: 19 Köçəri Ayı; Başlanır: saat 16:00 Oda mərasimin Ruhuna uyğun hazırlanır. Gül-çiçək, texniki araçlar (vasitələr) hazırlanır. İşə sorumlu Günev Atalı.
Asif Ata. Haray İnamı
(Hadi üstə Fəlsəfi-bədii Məqam) I Haray özü bir İnamdır – Həsrətli, Atəşli.

