Məhəbbətin, cismani ehtirasların xudbinləşməsimi, yoxsa Annanın düşdüyü çıxılmazlıqmı Vronskidən «hər şey heç nə, Anna hər şey» qənaəti tələb edirdi? Bunun müqabilində isə Vronskinin Annaya xaslığı bütövləşmirdi və bu tələbin qırılması – münasibətlərin inamdan məhrum olmasını sürətləndirirdi. Məhəbbət coşğunluğunda müəyyən mərhələyə qədər yaxınlaşma baş verir, – vəhdəti-vücud baş vermirsə, uzaqlaşma labüd şəkildə meydana çıxır.
Month: Mart 2012
“Yeni İl” Mərasimi keçirildi
1 Günəş Ayı, Asif Atanın Mütləqə İnam ocağı 34-cü ilə qədəm qoydu. Bu münasibətlə Ocaq ənənəvi“Yeni İl” Mərasimini keçirdi. Tədbir “Ata Ruhlu, Ata Günlü Yeni ilimiz – xoş gəldin!” carı ilə başladı. “Təbiətdəki Mütləqlə Gündüz Təmasını” Türkel Atalı, “Ataya Günorta Ricası”nı İnamlı Atalı, “Ruh üstə” izharını Üstün Atalı söylədi.
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin “Ailə Günü” tədbiri keçirildi
Ata-Ocaq ilsırası ilə 26 Köçəri Ayı, 33-cü ildə (fevral, 2012) Mütləqə İnam Ocağının “Uluyol-Hünər” və “Ulufərəh” Ailələri “Ailə Günü” tədbiri keçirdilər. Tədbir “Ata Ruhuna pənah gətirmişik” səcdəsi ilə başladı. “Ulufərəh” Ailəsinin Yükümlüsü Göylü Atalı toplantının gedişatını idarə etdi və ilk olaraq özünün hesabatını verdi.

