Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 34-cü ili Müqəddəs “İnsanilik” Bayramının GEDİŞATI Gün: 14 Günəş Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: saat 14.00
Day: Mart 11, 2012
Soylu Atalı. Bosna Hersek Türk Bizim Ocak Törəninə Uğurlama
Ürəyinizdə Günəş olsun, sayğılı dostlar! Aramızda olan məsafə uzun olsa da, qəlbimizlə, sevgimizlə yaxınıq sizlərə. Həm də yalnız sevgimizlə deyil, işimizlə, mübarizəmizlə sizlərə doğmayıq, gərəyik – çiyin-çiyinə, ürək ürəyə söykəyik. Dünyanın harasında olursa olsun, sağlam düşüncəli türk insanlarımızın ancaq bir istəyi olur – barış, özgürlük.

