Xəbərlər

Soylu Atalı. Fəlakət düyünü (son yazı)

Məhəbbətin, cismani ehtirasların xudbinləşməsimi, yoxsa Annanın düşdüyü çıxılmazlıqmı Vronskidən «hər şey  heç nə, Anna hər şey» qənaəti tələb edirdi? Bunun müqabilində isə Vronskinin Annaya xaslığı bütövləşmirdi və bu tələbin qırılması – münasibətlərin inamdan məhrum olmasını sürətləndirirdi. Məhəbbət coşğunluğunda müəyyən mərhələyə qədər yaxınlaşma baş verir, – vəhdəti-vücud baş vermirsə, uzaqlaşma labüd şəkildə meydana çıxır.