MƏDƏNİYYƏT və AZADLIQ Hər bir xalq özünün yaratdığı mədəniyyətlə varlığını qoruyur. İnsan sürülüyə mədəniyyətlə son qoyub. İnsan həyatda nə etməli olduğunu mədəniyyətlə müəyyən edir. Başqa sözlə, mədəniyyət ulusal yaşam təcrübəsi yaradır. İnsanlar birgə istehsal yaradır, ölüsünü dəfn edir, dirisinə münasibət yaradır, bir dildə danışır, bir tarixə malik olur. Bütün bunlar müəyyən qaydalarla, nizamla həyata keçirilir. […]
Month: Fevral 2012
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin XI Aylıq Toplantısı keçirildi
Asif Ata Ocağının ilsırası ilə 29 Qar Ayı, 33-ildə (yanvar, 2012) İnam Evində Ocağın “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birlikdə XI “Ailə Günü” tədbiri keçirildi. “Ata Ruhuna Pənah Gətirmişik!” səcdəsi ilə tədbir başladı və Türkel “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı, Ulunur “Ataya Günorta Ricası”nı dedi.
Soylu Atalı. İnsana doğru (IV yazı)
DİN və GERÇƏKLİK Bütün problemlər insana qarşıdır, hər cür uğurlar insana bağlıdır. Bizim aydınlaşdırmağa çalışdığımız bu məsələlər də insan üçündür. İndi nə dərəcədə məsələyə dərindən yanaşmağı bacarırıq – bu, bizim gücümüzün imkanıdır. Dinin insan həyatına təsiri ardıcıl olduğu üçün daim bizim diqqətimizi məşğul edir. Biz ən çox dinin insan taleyinə mənfi təsirlərindən söz açırıq. Bəs […]
Amalın xalqlaşma yönləri
Asif Atanın ölümündən sonra Mütləqə İnam Ocağının həyatında yeni mərhələ başladı. Bir tərəfdən bölünmələr, ayrılmalar və bunun da müqabilində yox olma təhlükəsi, o biri tərəfdən təcrübəsizlik, böyük bir İntibah Yolunda başsız qalmağın yaratdığı çaşğınlıqlar. Ayaqda qalmaq, mübarizə aparmaq üçün qeyri-adi keyfiyyətlər gərək idi. Düşünmək, böyümək, özünü ötmək, Asif Atanın varlığını – işini, yerişini davam eləmək.

