(L.N.Tolstoy – «Anna Karenina») Tolstoyu oxumaq – həyatı yaşamaq kimi bir şeydir. Tolstoyun həqiqi oxucusu həyatını mütləq duymağa başlayır. Onun «Anna Karenina» əsəri bəşəri həyatın yığcam, məzmunca dolğun obrazının nümunəsidir. Burada həyat hadisələri o qədər zəngin çalarlarla ifadə olunmuşdur ki, oxuduqca adamda həyat eşqi oyanır.

